Ermənilər əsir düşmüş Cəmil Babayevi qaytardılar- YENİLƏNDİ
Azərbaycan tərəfi əsir düşmüş hərbçi Cəmil Babayevin qaytarılmasını təsdiqləyib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
"25 avqust 2021-ci ildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Ağdərə şəhəri ərazisində saxlanılmış Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Azərbaycana qaytarılıb", deyə məlumatda bildirib.

*****
Rüstəm Muradov bir Azərbaycan hərbçisini iki erməni hərbçisinə dəyişdirib, bu barədə Sputnik Armeniya yazıb.
Erməni əsirlərini gətirən təyyarə artıq Bakıdan Yerevana uçub. Onların əvəzinə erməni tərəf bu yaxınlarda əsir düşmüş Cəmil Babayevi qaytarıb.
Avqustun 25-i Cəmil Babayev sülhməramlıların nəzarətində olan Ağdərə rayonuna keçib. Hüquq mühafizəçiləri onu saxlayıblar.
Bundan sonra Azərbaycan tərəfi Cəmil Babayevin Gəncədəki (Ağdərədən təqribən 140 km aralıda - red.) psixiatrik xəstəxanadan qaçaraq sülhməramlıların xidmət etdiyi əraziyə keçdiyini bildirib.
Bundan sonra Azərbaycan tərəfi Cəmil Babayevin Gəncədəki (Ağdərədən təqribən 140 km aralıda - red.) psixiatrik xəstəxanadan qaçaraq sülhməramlıların xidmət etdiyi əraziyə keçdiyini bildirib.
Fehruz Rzayev
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox