• $
  • £

Azərbaycan vətəndaşı olmaq istəyən ermənini rus sülhməramlıları saxlayıb - VİDEO

Azərbaycan vətəndaşı olmaq istəyən ermənini rus sülhməramlıları saxlayıb - VİDEO
08.09.2021 10:41
İşğal zamanı Şuşada qanunsuz yaşayan erməni qadınlardan biri, 32 yaşlı İzaura Balasanyan dörd uşağı ilə birlikdə şəhərə qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir. Qadın rus sülhməramlıları tərəfindən saxlanılıb  və  "separatçı milli təhlükəsizlik xidməti"nə təhvil verilib. Bu barədə Forrights.am -a Balasanyanın özü məlumat verib.
 
Onun sözlərinə görə, avqustun 1 -də uşaqları ilə birlikdə Xankəndini tərk edərək təmas xəttini keçməyə çalışıblar. Qadın qalmağa yeri olmadığını və Şuşadakı evinə qayıtmaq istədiyini deyib.

"Bəli, evim olmadığı üçün Şuşaya qayıtmaq qərarına gəldim. Ölən ərimin və anasının fotolarını götürərək  uşaqlarımla bərabər Şuşaya getdim. Gömrüyə çatdım (qadın Rusiya sülhməramlının postunu "gömrük" adlandırır - red.). Amma ruslar məni şəhərə buraxmadılar. Mənə dedilər ki, "xeyr, bu ayıb işdir, bu sənin xalqına şərəf gətirmir". Şəhərə girə bilmədim. Türklərin (Azərbaycan hərbçiləri) və rusların arasında dayandım. Sonra ruslar komandirlərini çağırdılar və o,  nazirliyə zəng etdi ( separatçı rejimin  "milli təhlükəsizlik xidməti" nəzərdə tutulur, red. ) . Hərbiçi dedi ki, sizlərdən biri uşaqları ilə bərabər türklərə təslim olur. Bundan sonra "milli təhlükəsizlik xidməti" nin əməkdaşları gəldi", deyə qadın bildirir. 

Müharibədən sonra İzaura Balasanyan Xankəndindəki yataqxanalardan birində məskunlaşıb, lakin kirayə haqqı artırılıb və o, getmək qərarına gəlib.  Müxtəlif orqanlara müraciət etsə də, ona mənzil verilməyib. Balaşanyan Şuşaya qayıtmaqla bağlı  uğursuz cəhddən sonra Əsgəran bölgəsinin kəndlərindən birində uçuq bir evdə yaşamağa başlayıb.Tanışlarından birinin köməyi ilə qadın Zəngəzurun Xanazax kəndində heç bir yaşayış şəraiti olmayan bir evə köçürülüb.

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət 14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Siyasət 14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Siyasət 12:10
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Siyasət 11:28
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol