• $
  • £

Azərbaycan Premyer Liqasında III tura start verilir

Azərbaycan Premyer Liqasında III tura start verilir
11.09.2021 11:30
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.


Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Əvvəlcə "Sabah" öz meydanında "Qəbələ" ilə qarşılaşacaq. Çempionatın ilk turunda uduzan paytaxt klubu turnir cədvəlinin sonuncu pilləsində, əyalət təmsilçisi 4 xalla 2-4-cü yerləri bölüşdürür. 


Komandalar indiyədək Premyer Liqada 11 dəfə üz-üzə gəliblər. Bunların 5-də "Sabah", 4-də isə qonaqlar qələbə qazanıb. Topların fərqində də meydan sahibləri üstünlüyə malikdir - 14:11.


Günün son oyununda isə "Keşlə" "Zirə" ilə üz-üzə gələcək. İki turda maksimum nəticə göstərən "Zirə" 1-ci pillədədir. "Keşlə" isə "Sabah" kimi hər iki turu məğlub başa vurub və hesabında xal yoxdur. 


Komandalar bu günə kimi çempionatda 23 dəfə qarşılaşıb. Bunların 6-də "Keşlə", 7-də isə "Zirə" 3 xal qazanıb. Topların fəriqində qonaqların minimal üstünlüyü var - 28:27.


Azərbaycan Premyer Liqası, III tur


18:00. "Sabah” – "Qəbələ”


Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Bank Respublika Arena".


20:15. "Keşlə” – "Zirə”


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASK Arena".


III turun "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" oyunları sentyabrın 12-də olacaq.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol