İran Azərbaycan-Türkiyə birgə təlimlərinə ETİRAZ etdi
İran Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyənin keçirdiyi sualtı hücum və sualtı müdafiə qruplarının birgə təlim-məşqlərini qeyri -qanuni sayıb, bu barədə İran XİN mətbuat katibi Səid Xatibzadə öz açıqlamasında bildirib.
"Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlərlə bağlı bunu demək istərdim ki, Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı 5 dövlətdən başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır və qadağandır. Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq",deyə əlavə edib.
Sentyabrın 2-dən etibarən Bakıda Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrində sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqləri başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə təlimlər 10 gün davam edib. Sentyabrın 12-də iki ölkə arasında keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar peşakarlıqla yerinə yetirilib və təlimlərdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirildi ki, məsələ araşdırılıb məlumat veriləcək.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox