YAP-ın yerli təşkilat sədrlərinin hansı hallarda vəzifədən azad olunacağı müəyyənləşib
Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının fəaliyyətinin təşkili qaydası müəyyənləşib.
Anews.az-ın xəbərinə görə, bu, partiyanın yerli təşkilatları haqqında yeni Əsasnamədə əksini tapıb.
Yerli təşkilatın fəaliyyətinin təşkili aşağıdakı kimi həyata keçirilir:
Yerli təşkilatın fəaliyyətinə yerli təşkilatın sədri rəhbərlik edir.
Yerli təşkilat sədrinin bir müavini olacaq. Sədrin müavinini Mərkəzi Aparatın rəhbəri ilə razılaşdırmaqla sədr özü vəzifəyə təyin və vəzifədən azad edəcək. Sədr müavini qanunvericiliyin, YAP Nizamnaməsinin, orqanlarının qərarlarının və bu Əsasnamənin tələblərinə əsasən öz səlahiyyətlərini icra edə bilmədikdə və ya onun fəaliyyəti qeyri-qənaətbəxş hesab edildikdə o, intizam tənbeh tədbiri olaraq vəzifəsindən azad oluna bilər.
Sədr, onun müavini və Aparatın digər işçiləri əsas iş yeri üzrə yerli təşkilatda çalışırlar və buna görə əməkhaqqı alırlar.
Aparat işçilərinin vəzifələrə görə əməkhaqlarını YAP-ın Sədri təsdiq edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox