Avqustda vətəndaşlara işıq pulu niyə çox yazılıb? - RƏSMİ AÇIQLAMA
Cari ilin avqustunda enerji göstəricisinə təlabat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 milyon kVts artıb. Avqustun 10-u elektrik enerjisinin günlük tələbatı "Azərişıq” ASC üzrə 72,2 milyon kVts qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub, bu barədə anews.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
"Bir qrup əhalinin avqust ayı üzrə işığın çox yazması barəsində səsləndirdiyi iradlar əsassızdır. Şikayəti olan hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər. Sayğacların oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün "Azərişıq”ASC-də yeni layihələrdən biri olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir. 2021-ci ilin avqustu son 5 ildə elektrik enerjisinə tələb olunan ay olub. Avqustda havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub. Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına səbəb olub. "Azərişıq” ASC tərəfindən abonentlərə bildirib ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq", deyə qurumun mətbuat xidmətindən bildirilib.
"Azərişıq" ASC elektrik enerjisinin istifadəsinə dair hər hansısa bir problem olduğu təqdirdə [email protected] elektron poçt ünvanına və ya 199 "Çağrı Mərkəzi”nə müraciət etmələri tövsiyə edir.
Son günlər bir qrup əhali arasında avqust üzrə işıq pulunun artımı ilə bağlı narazılıqlar yaranıb. Sosial şəbəkələrdə hətta bir qrup insan ödəniş çeklərini paylaşaraq bir ay ərzində məbləğin 2 dəfə çox göstərilməsinə görə "Azərişıq" ASC günahlandırıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox