• $
  • £

Siyasi sığınacaq istəyən azərbaycanlıların sayı azalıb

Siyasi sığınacaq istəyən azərbaycanlıların sayı azalıb
15.09.2021 16:08
Son 5 ilin hesabatlarına görə, azərbaycanlılar Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin  tərtib etdiyi siyasi sığınacaq istəyənlərin siyahısında ilk onluğa düşməyib. İran, Ermənistan, Türkiyə, Gürcüstan kimi ölkələr isə həmin siyahıda ilk yerləri tutublar.

Bunu anews.az-a açıqlamasında Almaniyada yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroğlu bildirib.

Onun sözlərinə görə, Almaniyaya gələn azərbaycanlılar arasında təhsil və iş üçün gələnlər üstünlük təşkil edir. 

"Siyasi sığınacaq üçün müraciət edənlərin sayı azdır və il keçdikcə də azalmaqdadır. Digər ölkələrlə müqayisədə Azərbaycan Almaniya tərəfindən tərtib edilən siyahıda sonuncu yerlərdədir. Son 6 ayda 100-140 nəfər sığınacaq üçün müraciət edib ki, onlarında gəlmək səbəbi Almaniyada yaşayan ailə üzvlərinin yanında köçmək istəyidir.  Azərbaycanlıların deportasiya olunmaq səbəbləri isə individual xarakter daşıyır. Azərbaycanda adətən elə düşünürlər ki, Almaniyadan yalnız siyasi  səbəblərlə sığınacaq istənilir. Lakin, bu həqiqəti əks etdirmir. Müxtəlif səbəblərdən qaçqın, humanitar statusu üçün müraciət edə bilər. Məsələn, Azərbaycanda lazımi qədər səhiyyə xidmətlərindən yararlana bilməyib, dövlət onun tibbi xərclərini qarşılamır, o da humanitair status almaq üçün müraciət edir. Hər bir azərbaycanlı Almaniyada yaşamağını davam etdirmək istəyini miqrasiya xidmətinə bildirə bilər. Müraciətdən sonra təqdim etdiyin sənədlər yoxlanılır, araşdırılır. Rədd cavabı aldığı təqdirdə həmin şəxslərə miqrasiya xidmətindən 1-2 ay müddətində ölkəni könüllü şəkildə tərk etmək tapşırığı gəlir. Həmin şəxslər ölkəni tərk etmədikdə, miqrasiya xidmətinin əməkdaşları və polislər gecə saatlarında gəlib  onları evdən götürürlər, heç bir əşya götürməsinə də icazə verilmir. Gecə saatlarında gəlmək səbəbi isə həmin şəxslərin gündüz evdə olmaması ilə bağlı olur”,- deyə Fərahim İlqaroğlu bildirdi. 

Jurnalistin sözlərinə görə, həmvətənlərimizdə də günah var: 

"Deportasiyadan yayınmaq öz işlərini çətinləşdirir. Hər bir azərbaycanlı kimi mən də onlara üzülürəm, amma onlara necə kömək edə bilərəm, onu da bilmirəm- deyə Fərahim İlqaroğlu bildirdi. 

Hüquqşünas Fariz Namazlı Avropa ölkələrindən deportasiya edilmə prosesini danışdı. 
 
"Xarici dövlətdə qalan  biri öz dövlətinə geri qayıtmaq istəmirsə, bununla bağlı müraciət edir. Deportasiya səbəbi araşdırılır. Siyasi sığınacaq istəyirsə, məsələ araşdırılır. Əgər qaçqın statusu almaq üçün kifayət qədər səbəb yoxdursa, miqrasiya xidməti ona imtina verir.  Həmçinin, dövlət tərəfindən deyil, şəxslərin təqibinə məruz qalanlar da, deportasiya üçün müraciət edə bilər. Məsələn, LGBT fərdləri ailələri, yaxınları, eləcə də cəmiyyət tərəfindən fiziki və psixoloji şiddətlə bağlı şikayətlərini quruma təqdim edir. Əgər o şəxs qurumu inandıra bilsə o şəxsə qaçqın statusu verilir",- deyə hüquqşünas bildirdi. 

Hüquqşünasın sözlərinə görə, imtina cavabı gəldikdən sonra həmin şəxs bununla bağlı məhkəməyə müraciət edə bilər.
 
"Məhkəmə prosesi uzun davam edə bilir və həmin məhkəmənin nəticəsi də ya mənfi olur, ya da müsbət. Yəni uzun davam edəcək məhkəmə prosesi sonrası müsbət cavab gəlməsi barədə heç kim  dəqiq məlumat vermir. Lakin məhkəmə müddətində həmin şəxs deportasiya olunmur və ölkədə qalmaq hüququ əldə edir. Dövlətin sonuncu məhkəməsi də imtina verirsə, artıq o şəxsə 1-1 aylıq möhlət verilir ki, ölkəni tərk etsin. Tərk etmədiyi təqdirdə isə  həmin şəxs ölkədən deportasiya olunur",- deyə hüquqşünas məlumat verdi.
 
Sentyabrın 14-də "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 26 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.


Bildirilir ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət 14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Siyasət 14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Siyasət 12:10
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Siyasət 11:28
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol