"Azərbaycan-Türkiyə birgə təlimlərindən İran niyə narahat olub?" - AÇIQLAMA
Sentyabrın 2-də Bakıda keçirilən Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrində sualtı hücum və sualtı müdafiə qruplarının təlimləri İran tərəfinin narazılığına səbəb olub. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 13-də keçirilən birifində bildirib ki, "Xəzər dənizinin statusu haqqında Konvensiya"nın pozulmasıdır, sahilyanı 5 dövlətdən başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır və qadağandır.
Politoloq Elxan Şahinoğlu İran XİN sözçüsünün fikirlərinə cavab olaraq qeyd edib ki, Tehran ilk öncə İranın yanacaqla dolu nəqliyyat vasitələrini Azərbaycan sərhəddini pozaraq erməni separatçılarına qanunsuz məhsullar daşımasını araşdırsın. Hansı ki, bu nə beynəlxaq hüquqa, nə də iki ölkə arasında imzalanan çoxsaylı sazişlərə uyğun deyil. Bu məsələdə Tehran Azərbaycanın narahatlığını və notalarını nəzərə almır.
"Azərbaycanın öz hərbi dəniz qüvvələrini modernləşdirmək hüququ var. Bunu da ancaq Xəzərdə həyata keçirməklə reallaşdırmaq olar. Azərbaycan öz hərbi dəniz qüvvələrini yalnız strateji müttəfiqi Türkiyənin dəstəyi ilə modernləşdirə bilər. Xəzərdə zəngin enerji yataqlarımız var, həmin yataqlardan sahilə boru xətləri çəkilib. Azərbaycan bunların təhlükəsizliyi barədə də düşünməlidir. Türkiyə ilə birgə sualtı hücum və müdafiə məşqlərinin bir məqsədi də budur. Xəzər dənizindən hasil edilən neft və qaz məhz Türkiyə üzərindən dünya bazarlarına daşınır. Demək Xəzərdəki yataqların və boru xətlərinin təhlükəsizliyi həm də Türkiyə üçün əhəmiyyətlidir. Tehranın "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasını” xatırlatmasına, Azərbaycan-Türkiyə hərbi təlimləri başqa sahil ölkələrini narahat etmədiyi halda bircə İran niyə narahat olub? Necə olur ki, həm Azərbaycanı, həm də Türkiyəni tərəfdaş ölkə adlandıran İran iki qonşusuna etiraz etməyə qərar verib? İran Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməsinə həmişə qısqanc münasibət bəsləyib. "Azərbaycan niyə İranla deyil, Türkiyə ilə strateji münasibətlər qurub” sualı illərdir Tehranda bağlı qapılar arxasında səslənib. İranın siyasi dairələri anlamaq istəmirlər ki, Azərbaycan üçün məzhəb prinsipi yaddır, milli və təhlükəsizlik maraqları önəmlidir", deyə politoloq deyib.
Millət vəkili Zahid Oruc İran XİN-nin açıqlamasına münasibət olaraq bildirib ki, Xəzərdə Azərbayycan-Türkiyə arasında keçirilən birgə təlim heç vaxt hansısa ölkələrin toqquşması üçün əsas ol bilməz.
"Keçmiş dövrlərdən Moskva və Tehran Xəzər ətrafında münasibətləri tənzimləməyə çalışırdı. Geoiqtisadi siyasətin təsiri bölgədə digər dövlətləri hərəkətə gətirdi və uyğun yollar tapılmasına səbəb yaratdı. Rusiya,Türkmənistan,Qazaxıstan və İran Xəzər dənizi ətrafında məsələləri sovet prinsiplərindəki əzələ nümayişi ilə deyil, bir neçə il öncəki Zirvə toplantısında rəsmi ortaq məxrəcə gəlinərək təsdiqlədilər. Rusiya müəyyən bir zaman çərçivəsində Xəzər üzərindən Suriyadakı hərbi nöqtələrini vurub və özünü Yaxın Şərq problemlərinə cəlb edərək strateji maraqlarını axtarıb. Bu məsələ ətrafında Azərbaycanın hər hansı bir əks baxışı olmayıb. Xəzər bu və ya digər hərbi məqsədlərlə istifadə olunsa, avtomatik olaraq belə bir yollar açılır ki, hər hansı bir dövlət Xəzərətrafı bölgədə müstəqil şəkildə ikitərəfli formatda ölkələrlə əlaqələrini qura bilər. Türkiyə regionda Rusiya və İranla normal münasibətdə malik olan bir dövlətdir. Türkiyənin Xəzər ətrafında strategiyası hər hansı toqquşma qurması deyil və digər dövlətlərin bütövlüyünə xələl gətirmək kimi niyyətləri yoxdur.
İranın məsələyə sərtli yanaşmaları yəqin ki Azərbaycan dövləti tərəfindən adekvat dinləniləcək və məsələ ilə bağlı daha düzgün dəyərləndirmələr aparılacaq. İran və Azərbaycan münasibətləri uzun sınaqlardan keçib. Bu məsələ sadəcə bəzi dairələrin qızışdırmaq planıdır. Azərbaycanın 44 günlük müharibəsində İran prezidenti Azərbaycanı ərazi bütövlünü bərpa etdiyinə görə təbrik mesajı da göndərib. Buna görə də Azərbaycan-Türkiyə birgə təlimləri heç vaxt qarşıdurma üçün səbəb ola bilməz"- deputat əlavə etdi.
Deputat Arzu Nağıyev isə İranın qıcıq olmasına səbəb Türkiyənin NATO-ya üzv olması ilə əlaqələndirir.
"Bizim Türkiyə ilə ikitərəfli əlaqələrimiz var. Bundan başqa bu yaxınlarda Azərbaycan və Türkiyə arasında "Şuşa bəyannamə"si imzalanıb.Xəzərdə sərhəd sularımız və neytral zona var. Biz heçkimin ərazisində hər hansı təlimdə iştirak etmiik.Bu bizim daxili məsələmizdir. Attdığımız hər addım üçün İran və digər qonşularla məsləhətləşmək kimi səlahiyyətimiz yoxdur", deyə qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu ünvanlasaq da cavab ala bilmədik.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox