“Türkiyənin yanımızda olması bizə güc verir” - Zakir Həsənov
"Son vaxtlar artan təlimlər sayəsində Azərbaycan Silahlı Qüvvələri böyük təcrübə qazanıb. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təlimlər gələcəkdə də davam edəcək”.
Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Konyada "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.
Bununla yanaşı, Z. Həsənov Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əməliyyat zamanı daim Türkiyənin dəstəyini gördüyünü diqqətə çatdırıb:
"Müharibə zamanı Türkiyə Prezidenti, müdafiə naziri və digər yüksək vəzifəli şəxslər dəfələrlə Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək göstəriblər.
Onların bəyanatları Azərbaycanın tək olmadığını və Türkiyənin daima Azərbaycanın yanında olduğunu, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərib. Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin dəstəyini çox dəyərli olaraq qiymətləndirir. Türkiyə tərəfindən göstərilən dəstəyə görə dərin təşəkkürümü bildirmək istəyirəm”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox