Dövlət Komitəsində İsveç Krallığında fəaliyyət göstərən bir qrup jurnalistlə görüş keçirilib
Sentyabrın 20-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda səfərdə olan İsveç Krallığında fəaliyyət göstərən jurnalistlər Tomas Vederus, Sofiya Rordam, Mikael Strandberq və Kristian Petersonla (jurnalist) görüşüb. Bu barədə Dövlət qaçqın və məcburi köçkünlər üzrə komitədən bildirilib.
Azərbaycanda qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə qonaqlara ətraflı məlumat verilib.
Tədbirdə Ermənistanın bir milyona yaxın azərbaycanlını öz tarixi yaşayış yerlərindən didərgin saldığı, bu zaman çoxsaylı hərbi cinayətlər törətdiyi, otuz ilə yaxın bir müddətdə xalqa çox böyük maddi-mənəvi zərər vurduğu deyilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparılır.
" Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir və məcburi köçkünlərdə dərin razılıq hissi doğurur.
Qonaqlara torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri və bərpa-quruculuq işləri barədə də məlumat çatdırılıb. Məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük əsasında və ləyaqətlə öz torpaqlarına qayıtması üçün dövlət tərəfindən bütün zəruri tədbirlərin davam etdirildiyi bildirilib",-deyə qurumdan əlavə edilib.
İsveçli jurnalistlər Azərbaycanın postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara gedəcəklərini bildiriblər.
Görüşdə qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox