• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Nazirlik videosu yayılan qazi ilə bağlı açıqlama yaydı

Nazirlik videosu yayılan qazi ilə bağlı açıqlama yaydı
20.09.2021 19:45
Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

"Digər qazilərimiz kimi, Fariz Ağayevin də sosial məişət şəraiti daim diqqətdə olub. Ailə təsərrüfatının qurulması üçün hələ bu ilin aprel ayında o, özünüməşğulluq proqramına cəlb edilib. Və bunun üçün avqustun 9-da ona iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər (3 inək və 400 kq yem) təqdim edilib”, - deyə F.Talıbov qeyd edib.

O bildirib ki, Fariz Agayevin əlilliyinin qiymətləndirilməsi isə, ilk növbədə aidiyyəti qurumlar tərəfindən onunla bağlı müvafiq sənədlər (şəhadətnamə və göndəriş) təqdim edildiyi halda həyata keçiriləcək. Bununla belə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyin həkim-ekspertləri Farizi evində əyani müayinə edərək nəticəsinə əsasən əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesində müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Farizə ailəsinin ünvanlı sosial yardım almaq hüququna baxılması üçün hazırda ailənin mülkiyyətində olan torpaq sahəsinin qanunvericiliyin tələbinə əsasən rəsmiləşdirilməsi də tövsiyə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Cəmiyyət 21:30
Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 18:03
Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:57
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Cəmiyyət 16:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Hava ilə bağlı - Xəbərdarlıq
Cəmiyyət 15:29
Hava ilə bağlı - Xəbərdarlıq
Xaçmazda Samur-Abşeron su kanalında 1 nəfər batıb
Cəmiyyət 14:13
Xaçmazda Samur-Abşeron su kanalında 1 nəfər batıb
Naxçıvanda ayı insanlara hücum edib, xəsarət alan var
Cəmiyyət 14:00
Naxçıvanda ayı insanlara hücum edib, xəsarət alan var
Cəlilabadda maşınlar toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 13:15
Cəlilabadda maşınlar toqquşub - Xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol