• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"ASAN xidmət"də super yenilik

"ASAN xidmət"də super yenilik
15.05.2014 15:38
İndiyə qədər "ASAN xidmət" mərkəzinə 1 milyon 600 mindən çox insan müraciət edib. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov Dövlət Agentliyinin Bakı şəhər, Sabunçu rayonunda yerləşən 4 saylı "ASAN xidmət" mərkəzinin jurnalistlərə təqdimatı zamanı deyib.Onun sözlərinə görə, "ASAN xidmət"in hər mərkəzinə orta hesabla gün ərzində 1500-2000-ə yaxın müraciət daxil olur.A.Hüseynov bildirib ki, mayın 7-də rəsmi açılışı olan Sabunçu rayonu 4 saylı Bakı "ASAN xidmət" mərkəzi bu gündən fəaliyyətə başlayıb.Sektor müdiri qeyd edib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sülh küçəsi, 8A ünvanında yerləşən 4 saylı Bakı "ASAN xidmət" mərkəzindən Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazisində qeydiyyatda olan 408 min vətəndaş yararlana biləcək: "Bununla da Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılır və paytaxt sakinləri onlara yaxın olan hər hansı "ASAN xidmət" mərkəzinə müraciət edib xidmətlərdən yararlana biləcəklər".O bildirib ki, 4 saylı "ASAN xidmət" mərkəzin inzibati binası 5 mərtəbədən ibarətdir. Mərkəzin işçilərinin ümumi sayı 209 nəfərdir. Onlardan 60 nəfəri könüllüdür.Xatırladaq ki, hazırda Bakıda 4, Sumqayıt və Gəncə şəhərlərində isə 1 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ADY-yə külli miqdarda ziyan vuran şəxslər həbs edildi
İqtisadiyyat 16:59
ADY-yə külli miqdarda ziyan vuran şəxslər həbs edildi

Azərbaycan gübrə ixracından qazancını 45 %-ə yaxın artırıb
İqtisadiyyat 15:56
Azərbaycan gübrə ixracından qazancını 45 %-ə yaxın artırıb
Azərbaycan şəkər ixracından gəlirini 55 %-ə yaxın artırıb
İqtisadiyyat 13:47
Azərbaycan şəkər ixracından gəlirini 55 %-ə yaxın artırıb
Azərbaycan tütün ixracından qazancını təxminən 12 % artırıb
İqtisadiyyat 13:29
Azərbaycan tütün ixracından qazancını təxminən 12 % artırıb
Dünya bazarlarında qızıl ucuzlaşıb
İqtisadiyyat 12:22
Dünya bazarlarında qızıl ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:58
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol