• $
  • £

Prezident ABŞ nümayəndə heyətini qəbul edib

Prezident ABŞ nümayəndə heyətini qəbul edib
04.01.2026 19:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxildir.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən qonaqlar Bakıda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdıqlarını deyiblər.

Qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıblar.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.

Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkənin bundan sonra da səylərini davam etdirəcəyini bildirib.

 Dövlət başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğulayıb.Prezident İlham Əliyev TRİPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirib.

Dövlət başçısı "Azadlığa Dəstək Aktı"na ədalətsiz 907-ci düzəlişin ölkələr arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını deyib. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı ölkələrin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Siyasət 19:00
Ceyhun Bayramov Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Milli Məclisin komissiyası: Fransa Azərbaycana qarşı hibrid təhdidlərini hələ də davam etdirir
Siyasət 17:45
Milli Məclisin komissiyası: Fransa Azərbaycana qarşı hibrid təhdidlərini hələ də davam etdirir

İlham Əliyev Corc Ceykob Kuvakadı qəbul edib
Siyasət 11:00
İlham Əliyev Corc Ceykob Kuvakadı qəbul edib
Azərbaycan BMT-nin İnsan Hüquqları Komitəsinə üzv seçilib
Siyasət 22:12
Azərbaycan BMT-nin İnsan Hüquqları Komitəsinə üzv seçilib
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Siyasət 13:30
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Siyasət 11:43
Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür
Siyasət 09:54
Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür
Prezident Şuşada keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 09:22
Prezident Şuşada keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb
Prezident Trampı yubileyi münasibətilə təbrik edib
Siyasət 23:50
Prezident Trampı yubileyi münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol