• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Ceyhun Bayramov İran XİN rəhbəri ilə telefonla danışdı

Ceyhun Bayramov İran XİN rəhbəri ilə telefonla danışdı
12.10.2021 23:36
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Anews.az  xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər ikitərəfli münasibətlərdəki son vəziyyəti müzakirə ediblər.

Müzakirə zamanı ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyi vurğulanıb.
 
XİN-in açıqlamasında deyilir ki, Tehranla Bakının köklü əlaqələri var. Bundan başqa, iki ölkənin əlaqələrində anlaşılmazlıqların qarşısının alınmasının zəruriliyi qeyd olunub.

İran XİN rəhbəri əlavə edib ki, Tehran nəqliyyat tranzitində olan problemlərin tezliklə həll olunacağına ümidvardır.

Ceyhun Bayramov bildirib ki, İranla Azərbaycan dost münasibətindədir: "Dost ölkələrlə münasibətlər Azərbaycan Respublikası üçün prioritetdir”.

Azərbaycan xarici işlər naziri problemlərin dialoq yolu ilə, sakit və səmimi bir mühitdə həll edilməsinin zəruriliyini də qeyd edib.

XİN rəhbərləri bir-birini Bakı və Tehrana dəvət ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət 21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Siyasət 18:08
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət 16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Siyasət 13:48
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol