Ermənistanda saxlanılan Azərbaycan vətəndaşları barədə AÇIQLAMA
Beynəlxalq Qızıl Xaç Komitəsi bu ilin yanvar-iyun ayları ərzində 14 məktub xarici ölkələrdə qalmış şəxslərə və onların Azərbaycandakı qohumlarına verilib.
Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
BQXK rəsmisi bildirib ki, itkin düşən şəxslərin ailələrindən daxil olan məlumatlar əsasında axtarış sorğuları toplanılıb, işlənilib və aidiyyəti qurumlarla bölüşülüb.
O həmçinin əlavə edib ki, hazırda qurum tərəfindən Ermənistanda baş çəkiləcək heç bir şəxs yoxdur, orada saxlanılan Azərbaycan vətəndaşı yoxdur.
Komitənin mətbuat katibi bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində neytral vasitəçi qismində iştirakı ilə son döyüşlərin təsirinə məruz qalan ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edib.
Onun sözlərinə görə, 283 bioloji referent nümunəsi 1990-ci illərdə itkin düşən şəxslərin 118 ailəsindən toplanıb:
"3 müşayiətçi bioloji referent nümunələrinin toplanması prosesi zamanı itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərib. 67 itkin düşmüş şəxsin ailəsinə nağd pul yardımı göstərilib. 30 müşayiətçi itkin düşmüş şəxslərin ailələrinə COVID-19 pandemiyası və eskalasiya ilə əlaqədar məsafədən dəstək göstərməyə davam edir", - deyə İlahə Hüseynova bildirib.

Həmin aylar ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə ilə bağlı saxlanılan şəxslərin saxlanma şəratinin, təqdim olunan müalicənin və məhkəmə təminatlarının monitorinqi məqsədilə 15-dən çox müəssisəyə baş çəkib.
Baş çəkmədə əsas məqsəd saxlanılan şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq, onlarla rəftar və saxlama şəraitini yoxlamaqdır.
Həmin müddətdə 260 telefon kartı və ən həssas təbəqəyə daxil olan məhbuslara 287 yardım bağlaması müxtəlif saxlama və həbs yerlərində saxlanılan əcnəbi məhbusların öz vətənlərində qalan ailələrinə zəng edə bilmələri üçün verilib.
www.anews.az