Xocavənddə tank mərmiləri aşkarlanıb
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Məmməddərə kəndində 71 ədəd qəlpəli tank mərmisi və onlara aid 64 ədəd partladıcı aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.
Bu barədə anews.az-a Xocavənd RPŞ-dən məlumat verilib.
Rayon polis əməkdaları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.