• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Zahid Oruc xarici əks kəşfiyyatdan DANIŞDI

Zahid Oruc xarici əks kəşfiyyatdan DANIŞDI
15.10.2021 11:46
Son 6 ildə dünyada haker hucumları ilə külli miqdarda məxfi bank məlumatlarını oğurladığını iddia edən 100-dən artıq xarici jurnalistin birləşdiyi Beynəlxalq Araşdırmaçı Korrupsiya Konsorsiumu əslində Amerikanın İnkişaf Agentliyi də daxil məxfi-siyasi dairələrinin Vikileaks əleyhinə qurduğu və qlobal ləkələmə, siyasi texnologiya,şantaj layihəsidir.

 Anews.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc bu gün Milli Məclisin plenar iclası zamanı çıxışında bildirib.

"Dünyada qanlı inqilablar sahəsində ad çıxaran Corc Sorosun Konsorsiumun maliyyə himayədarı olduğu hamıya məlumdur. İllərdir davamlı izlənməyə və təqiblərə məruz qalan avstraliyalı internet fəalı, naşir Culian Asanjın Vikileaks zəlzələsini ABŞ-n təhlükəsizliyinə böyük zərbə sayanlar ələ keçirilən milyonlarla məxfi məlumatda İrakdan Əfqanıstana və yaxud ərəb ölkələrinə qədər həyata keçirilən saysız-hesabsız hərbi-siyasi cinayətləri gizlətmək, dövlət və hökumət başçılarından alınan külli miqdarda korrupsiya pullarını ört-basdır etmək üçün müxtəlif alternativ şər və fake-news kampaniyaları həyata keçirirlər.
Panama, Paradise, Peqasus, Pandora sənədləri adı ilə yayılan haker məlumatlarını da o qəbildən qəbul etmək gərəkdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin də yer aldığı və qlobal ləkələmə-şərləmə vasitəsilə dünya miqyasında əsasən qeyri-qərb liderlərini təzyiqdə saxlamaq və idarə etmək üçün kampaniya gedir.Ötən ilin sentyabrında Vətən müharibəsinə cəmi bir həftə qalmış Azərbaycanın İsraildən aldığı 1.6 milyardlıq silah haqda hansı çirkin məlumatlar yayılmışdı.Uzun illər Rusiyadan alınan hərbi tenxnikanın keyfiyyətsizliyi barəsində xaricdə və daxildə aparılan sistemli qaralama kampaniyası işğalı qoruyub saxlamaq istəyənlərin məqsədinə xidmət edirdi.Müharibə başlayan kimi Azərbaycan ordusunun Xankəndindən, Xocavənddən Kəlbəcərlə sərhəd mövqelərə qədər xalqımıza zərbə vuran hədəfləri məhz İsrail, Rusiya, Belarus istehsallı raketlərlə məhv edəndə o kampaniyanı aparanlar əvvəlki illərdə dedikləri böhtanları unudaraq, Azərbaycan ordusunun 5-ci nəsil tenxologiyası ilə savaş apardığından danışdılar.O illərdə Ali Baş Komandan əleyhinə hər gün "bir qarış da torpaq alınmayacaq” hökmü ilə xaricdən informasiya çamuru atanlar 44 gündə hərbi meydanda məğlublarla bir səngərdə döyüşürdülər. Lakin Prezidentin və ailəsinin əleyhinə hücumların Azərbaycan uğrunda aparılan iqtisadi-siyasi mübarizənin tərkib hissəsi olduğu indi gün kimi aydındır.Siyasi düşmənlərindən fərqli olaraq,İlham Əliyevin adı tarixdə qalib lider kimi qalacaq.İndi gedib həmin adamlar üzərində məhkəmə qurmağa ehtiyac yoxdur.Çünki müharibədə qələbəmiz onlara ən böyük cəzadır. Prezidentin alternativi məglubiyyət və işğaldır!", deyə Zahid Oruc qeyd edib.
 
Gülnar Nazimqızı 
.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət 21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Siyasət 18:08
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət 16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Siyasət 13:48
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol