28 May Respublika gününün adı dəyişdirildi - RƏSMİ
"Müstəqillik Günü Haqqında" qanuna görə 28 May - Respublika Gününün adı bundan sonra Müstəqillik günü kimi qeyd ediləcək və 18 Oktyabr "Müstəqilliyin Bərpası Günü" adlandırılacaq.
Anews.az-ın məlumatına görə Milli Məclisin bu gün keçirilən plenar iclasında "Müstəqillik Günü haqqında" qanun layihəsi üçünçü oxunuş müzakirələrdən sonra qəbul olunub.
Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.
Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.
Gülnar Nazimqızı
www.anews.az