• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Metro sərnişinlərinə ŞAD XƏBƏR

Metro sərnişinlərinə ŞAD XƏBƏR
14.05.2014 17:54
Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı “Bakı Metropoliteni” QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanıb.“Alstom Transport SA” ilə imzalanan Memoranduma əsasən Bakı Metropoliteninin istər yeni inşa olunan “Bənövşəyi”, istərsə də əvvəlki (“Yaşıl” və “Qırmızı”) xətlərində istifadə edilmək üçün yeni, müasir vaqonların alınması nəzərdə tutulub.ANN.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.“BOUYGUES TRAVAUX PUBLİCS, LLS” ilə “Bakı Metropoliteni” QSC arasında imzalanan 2 Anlaşma Memorandumunun ilkində “28 May” stansiyasının yenidən qurulması (“Qırmızı” və “Yaşıl” xətlərin ayrılması) işlərinin görülməsi nəzərdə tutulub.Qeyd edək ki, “Qırmızı” xətlə (“Həzi Aslanov” – “İçəri Şəhər” stansiyaları arası) “Yaşıl” xətt (“Dərnəgül” – “Xətai” stansiyaları arası) “28 May” stansiyasında kəsişir və bu da öz növbəsində hər iki xətt üzrə hərəkət edən qatarların sərbəst hərəkət etməsində müəyyən çətinliklər yaradır.Digər Memoranduma görə isə “Yaşıl” xəttin davamı olaraq “Xətai” stansiyası ilə “Həzi Aslanov-2” stansiyası arasında bir neçə stansiyanın inşası nəzərdə tutulub.Növbəti 2 Anlaşma Memorandumu isə “THALES S.A” şirkəti ilə imzalanıb. Birinci sənəd Bakı Metropoliteninin texnoloji cəhətdən gücləndirilməsi istiqamətində əməkdaşlığın əsasını qoymaq məqsədilə imzalanıb.Belə ki, “Bənövşəyi” xətdə (“Avtovağzal”, “Memar Əcəmi-2” st.) inşa olunan stansiyalarda işarəvermə və idarəetmə sistemlərinin tətbiqi üçün son texnoloji avadanlıqlardan istifadə edilməsi planlaşdırılır.Həmçinin gələcəkdə inşa olunacaq yeni stansiyalarda da bu sahədə mövcud ən müasir avadanlıqların, işarəvermə və idarəetmə sistemlərinin tətbiq olunması nəzərdə tutulub.Digər sənəddə isə təlim və tədris proseslərinin həyata keçirilməsi nəzərdə tutulub. Tərəflər bu Anlaşma Memorandumunu həyata keçirməklə Bakı Metropoliteninin təlim və tədris imkanlarının inkişaf etdirilməsi məqsədi ilə əməkdaşlığı gücləndirmək arzusundadırlar.Qeyd edək ki, “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, “THALES S.A” şirkətləri ilə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və  2-3 ay müddətində müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ADY-yə külli miqdarda ziyan vuran şəxslər həbs edildi
İqtisadiyyat 16:59
ADY-yə külli miqdarda ziyan vuran şəxslər həbs edildi

Azərbaycan gübrə ixracından qazancını 45 %-ə yaxın artırıb
İqtisadiyyat 15:56
Azərbaycan gübrə ixracından qazancını 45 %-ə yaxın artırıb
Azərbaycan şəkər ixracından gəlirini 55 %-ə yaxın artırıb
İqtisadiyyat 13:47
Azərbaycan şəkər ixracından gəlirini 55 %-ə yaxın artırıb
Azərbaycan tütün ixracından qazancını təxminən 12 % artırıb
İqtisadiyyat 13:29
Azərbaycan tütün ixracından qazancını təxminən 12 % artırıb
Dünya bazarlarında qızıl ucuzlaşıb
İqtisadiyyat 12:22
Dünya bazarlarında qızıl ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:58
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol