ANAMA sədri Böyük Britaniya səfiri ilə minatəmizləmə əməliyyatlarını müzakirə edib
2021-ci il 19 oktyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşüb.
Bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən planlaşdırılmış fəaliyyət barədə məlumat verilib.
www.anews.az