• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

"Əgər oğullarımız vətənə xəyanət edibsə, Xanlar Vəliyev sübut etsin"-"Tərtər işi" şikayətçisi

01.11.2021 17:00
"Tərtər işi” ilə bağlı məhkum olunmuş şəxslərin həm appelyasiya, həm də kassasiya mərhələlərində Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi ilə bağlı cinayətləri sübut edildiyindən hökmlər qüvvəsində saxlanılıb. Bunu Azərbaycan hərbi prokuroru Xanlar Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin Baş prokurorlarının Fəxri xiyabana  ziyarəti zamanı jurnalistlərə açıqlamasında bildirib. Məhkum edilmişlərin valideynləri isə  hərbi prokurorla razılaşmır. 
 
"2017-ci ildə bir qrup Azərbaycan hərbçilərinin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq edib. "Tərtər işi” ilə bağlı məhkum olunmuş şəxslər appelyasiya, sonra isə Ali Məhkəməyə kassasiya şikayəti verib. Həm appelyasiya, həm də kassasiya mərhələlərində həmin şəxslərin bu cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğu müəyyən olunduğundan hökmlər qüvvəsində saxlanıldı”, - deyə Xanlar Əliyev söyləyib.  
 
O, həmçinin  Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı dövlətə xəyanətdə şübhəli bilinən  şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqların həyata keçirildiyini də etiraf edib.
 
"Cinayət işi başlayana qədər bir nəfər şəxs vəfat edib. Şəxsən mən özüm, eləcə də Respublika Hərbi Prokurorunun birinci müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa, Baş prokurorunun birinci müavini Rüstəm Usubov, İdarə rəisi və digərləri həmin hərbi hissəyə getdik. Müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıq. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük həkim briqadası gəldi, oradakı şəxsləri müayinə etdi. Kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğunu müəyyənləşdirdi”.
 
Sözügedən ittihamla bağlı həbs edilənlərdən biri Emil Əliyevin atası Nəsir Əliyev isə anews.az-a verdiyi müsahibəsində Xanlar Vəliyevdən ortaya sübut qoymasını tələb edir.
 
"Mənim oğlum 2011-ci ildə sıravi əsgər kimi hərbi xidmətini bitirib. 2017-ci ildə şübhəli şəxs kimi hərbi prokurorluğa dəvət olunub və həbs edilib. 12 il müddətinə azadlıqdan məhrum olunub. Oğlum kimi  bir neçə gənc hərbi xidmətlərini uzun illər öncə bitirsə də, Ermənistan tərəfinə məlumat ötürmək ittihamı ilə məsuliyyətə cəlb edilib. Biz Avropa məhkəməsinə müraciət etmişik. Oğlum həbs edildikdən sonra doğulduğum Xaçmaz rayonundan Bakıya köçmüşəm. Əgər Xanlar Vəliyev deyirsə ki, ortada cinayət var, ortaya bir fakt qoysun, bir video dəlil göstərsin. Mən şəxsən o ərazilərə getmişəm, "şahin gözləri" şarlarını görmüşəm. Hansıki 40 kilometrdən 80 kilometr məsafəyədək düşmən ərazisinə tərəf nə canlı keçirsə, onu monitorda göstərir. Necə olur, 1700 nəfəri ittiham edəsən,yaxud öz dedikləri kimi 100 nəfəri istintaqa cəlb edəsən, amma heç birinin video görüntüsünü çəkə bilməyəsən ki, bu adam düşmən tərəfinə keçib", - deyə şikayətçi bildirib.
 
Zərərçəkmişin atası Nəsir Əliyev hərbi prokurorun hərbçilərə işgəncələr verməsi ilə bağlı 16 müxtəlif vəzifəli şəxslərin uzunmüddətə həbs edilməsi ilə bağlı açıqlamasının  həqiqəti əks etdirmədiyini bildirir.

"Gəlin, həmin vəzifəli şəxslərin neçəsinin həbsdə qalmasına nəzər yetirək. Cəmi 3-4 nəfər həbsə alınıb, qalanı azad edilib, hazırda yenidən hərbi xidmətdədirlər. On bir nəfəri qətlə yetirmiş adamlar indi azadlıqdadır. İstintaq nəzarətinə alınan hərbçilər əvvəlcə Tərtərin Marqusavan kəndində yerləşən köhnə hərbi qərargahda, daha sonra Mingəçevirdəki hərbi hissədə işgəncələrə məruz qalıb. İşgəncələr verən vəzifəli şəxslər ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə həbs edilmişdilər. Ehtiyatsızlıq nəticəsində 1 nəfər, uzağı 2 nəfər öldürərlər. Daha 11 nəfəri ehtiyatsızlıqdan öldürmək nə dərəcədə doğru səslənir? Biz bilirdik ki, hərbi prokurorluq mayın 1-dən orada olub.  Amma özləri mayın 3-dən orada olduqlarını təsdiqlədilər. 2017-ci ilin mayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verdilər. Hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər. Ölüm hadisələri isə mayın 6-dan başladı. İstintaq altında olan insanların məsuliyyəti istintaqı aparan şəxslərin üzərindədir. Necə  olur ki, istintaq zamanı insanlar orada öldürülüb? Mən təkcə ölüm faktından danışıram. Amma günü bugün nə qədər insan həmin  hadisədən sonra əlil vəziyyətinə düşüb. Xanlar Vəliyev deyir ki, Müdafiə Nazirliyinin Tibb xidmətindən gələn böyük bir briqada həkimləri istintaq yerində zorakılığa məruz qalan şəxsləri müayinə edib. Məhkəmədə ifadə verən həkimlər isə deyib ki, onlar həmin yerə gedəndə ayrı otaqlarda hərbçilərin müxtəlif fiziki zorakılıqlara məruz qaldıqlarını görüblər. Onların ifadələrinə görə, bir otaqda  dizi üstə divara söykədilən 15 hərbçiyə elektrik cərəyanı vurulurdu, digər otaqlarda hərbçilərə plastik borularla işgəncələr verilirdi. Bu məsələlər məhkəmədə də təsdiqlənib. Mənim Xanlar Vəliyevə bir sualım var. Xanlar Vəliyev, hansı cinayət işinin açılmasının qarşısını almaq üçün indiyə kimi həqiqətlərə göz yumursan?", - deyə Əliyev söyləyib.
 
Şikayətçinin sözlərinə görə, oktyabrın 20-də Baş prokuror Kamran Əliyevin qəbulunda olub.

" Kamran Əliyev bizə dedi ki, hələlik bu işlə tanış deyil. Ona 17 səhifəlik faktlarla dolu məktub təqdim etmişəm. Bundan öncə 4 il ərzində dəfələrlə Prezident administrasiyasında görüşlərdə olmuşuq, Milli Məclisin üzvlərinə məktublar ünvanlamışıq, Ədliyyə nazirliyinin qarşısında aksiyalar keçirmişik. Amma bütün bunların hamısı cavabsız qalıb. Təkcə deputat Zahid Oruc bir dəfə "Tərtər işi” işə bağlı açıqlama vermişdi ki, bu iş araşdırılsın, vəssalam", - deyə o, əlavə edib. 
 
2017-ci ildə yüzlərlə hərbçi və mülki şəxslər vətənə xəyanət etmə və Ermənistana məlumat ötürmələri ilə bağlı istintaqa cəlb olunub. İstintaq zamanı hərbçi və mülki şəxslər ağır işgəncələrə məruz qalıb. Onlardan 11-i işgəncələrə dözməyərək həyatını itirib. 
 
Hazırda 25 nəfər 12-20 il müddətinə vətənə xəyanət ittihamı ilə azadlıqdan məhrum edilib. 

Bu işgəncə hallarının əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən mediada bu hadisələr və iddialara ümumi olaraq "Tərtər işi" adı verilib.

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının bu ilin 13 aprel tarixli bəyanatına əsasən "Tərtər işi" üzrə işgəncələr nəticəsində ölənlərin sayı 11 nəfərdir.
 
Onların siyahısını təqdim edirik:

Mehman Hüseynov – mayın 7-də saxlanılıb, cəsəd 16 may 2017-ci ildə dəfn edilib;
Səxavət Bünyadov – mayın 7-də saxlanılıb, cəsəd 17 may 2017-ci ildə dəfn edilib;
Saleh Qafarov – mayın 4-də saxlanılıb, cəsəd 14 may 2017-ci ildə dəfn edilib;
Elçin Quliyev – mayın 11-də saxlanılıb, cəsəd 18 may 2017-ci ildə dəfn edilib;
Təmkin Nizamioğlu- mayın 12-də saxlanılıb, cəsəd 21 may 2017-ci ildə dəfn edilib;
Dayandur Əzizli – mayın 12-də həbs edilib, cəsəd 20 iyul 2017-ci ildə dəfn edilib;
Süleyman Kazımov – mayın 4-də saxlanılıb, cəsəd 7 may 2017-ci ildə dəfn edilib;
Elxan Ağazadə -mayın 1-də saxlanılıb, cəsəd 10 may 2017-ci ildə dəfn edilib;
Elçin Mirzəliyev – mayın 7-də saxlanılıb, cəsəd 25 may 2017-ci ildə dəfn edilib.
Ruslan Ocaqverdiyev – 16 may 2017-ci il səhər saxlanılıb, cəsəd isə həmin gün axşam ailəsinə təhvil verilib.
Adil Sabirli – 5 may 2017-ci il tarixində ölənədək döyülüb.
 
Samirə Əli
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol