Şagirdlər Şəhidlər Xiyabanında - FOTOLAR
Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği – İB Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surasının maliyyə dəstəyilə həyata keçirdiyi “interaktiv təlim sistemini tətbiq etməklə sagirdlərdə vətən sevgisi hisslərinin aşılanması” mövzusunda növbəti təlimini Şəhidlər Xiyabanında keçirmişdir.
Səhər saat 11-da başlayan təlimdə şagirdlərlə yanaşı, onların valideyinləri və müəllimləri də iştirak edirdi. İlk öncə 20 yanvar şəhidlərimiz və Qarabağ uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın məzarları ziyarət olundu və şagirdlərimiz canlarını fəda etmiş övladlarımızın məzarlarına tər qərənfillər düzdülər. Təlimin rəhbəri Əli Cəfərov bir daha balaca fidanlarımıza 20 yanvar və Qarabağ uğrunda şəhid olmuş insanlar haqqında məlumat verəndən sonra, təlim Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmus Türk əsgərlərinin şərəfinə ucaldılmış abidə önündə davam etdirildi. Əli Cəfərov təlimçilərə bildirdi ki, 1917-1918-ci illərdə Bakı erməni daşnakları tərəfindən işğal edilmiş və günahsız cocuqlarımıza və yaşlı insanlara qarşı qətliamlar törədilmişdir. Belə bir ağır vaxtlarda Türk əsgərləri köməyimizə gəldi və Bakı düşmənlərdən azad edildi. Təlimin sonunda təlimçilər 1941-1945-ci illərdə 2-ci dünya müharibəsi zamanı göstərdiyi igidliklərə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş general Həzi Aslanovun da məzarını ziyarət etdilər.
ANN.Az
Son xəbərlər
Daha çox