• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

“Nizami” baletinin premyerası olacaq

“Nizami” baletinin premyerası olacaq
15.11.2021 13:22
Noyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun "Nizami" baletinin premyerası keçiriləcək.


Anews.az xəbər verir ki, premyera Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.


Tamaşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş "Nizami ili" çərçivəsində baş tutan layihələrdən biridir.


Tamaşanın musiqi rəhbəri və dirijoru Respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələri və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduzdur. Tamaşanın xoreoqrafiyasını Azərbaycanın Xalq artisti, balet truppasının bədii rəhbəri, xoreoqrafiya üzrə professor Kamilla Hüseynova həyata keçirib.
 
Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Mədəniyyət 12:49
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Mədəniyyət 12:47
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol