• $
  • £

Həbsdə olan jurnalistin səhhəti pisləşib

Həbsdə olan jurnalistin səhhəti pisləşib
30.11.2021 14:04
Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) səhhətində problemlər yaranıb.
 
Bu barədə jurnalistin vəkili Araz Nurməmmədov bildirib.
 
Vəkil qeyd edib ki, artıq bir neçə gündür Mahir Ələkbərovun qan təzyiqi 200-250-dən aşağı düşmür.
 
"Mahir Ələkbərovun bu vəziyyətdə Bakı İstintaq Təcridxanasında saxlanılması həyatı üçün təhlükəlidir. Penitensiar Xidmətin rəhbərliyindən xahiş edirik, Mahir Ələkbərovun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı tədbirlər görsün, əks təqdirdə Mahir Ələkbərovun səhhəti kəskin ağırlaşa bilər",- deyə o bildirib. 
 
Mahir Ələkbərovun işinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır. Sonuncu iclasda Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəməyə vəsatət təqdim etsə də, vəsatət təmin edilməmişdir.
 
Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 000 (iki min) manat almaqda təqsirləndirilir. Mahir Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilir. (trend)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tovuzda iki mərtəbəli ev yanıb
Cəmiyyət 20:25
Tovuzda iki mərtəbəli ev yanıb

Bakıda 61 yaşlı kişi küçədə ölüb
Cəmiyyət 20:00
Bakıda 61 yaşlı kişi küçədə ölüb

Biləsuvarda qəza- 4 nəfər xəsarət aldı
Cəmiyyət 18:16
Biləsuvarda qəza- 4 nəfər xəsarət aldı

Göyçayda qamışlıq ərazidə yanğın
Cəmiyyət 17:44
Göyçayda qamışlıq ərazidə yanğın
DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Cəmiyyət 17:02
DYP yağıntılı hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Gəncədə qadın Nizami məqbərəsində körpüdən yıxılıb
Cəmiyyət 16:25
Gəncədə qadın Nizami məqbərəsində körpüdən yıxılıb

Tərtərdə qəza- 2 qardaş ölüb
Cəmiyyət 15:43
Tərtərdə qəza- 2 qardaş ölüb

Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Cəmiyyət 14:46
Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Xəzərdə zəlzələ olub
Cəmiyyət 14:25
Xəzərdə zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol