• $
  • £

Karateçilərimiz Xl Dünya Oyunlarında

Karateçilərimiz Xl Dünya Oyunlarında
04.12.2021 21:00
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində böyüklərin 25-ci Dünya çempionatının mükafatçıları İrina Zaretska (-68 kq) və Asiman Qurbanlı (+84 kq) nəticələrə əsasən Dünya Oyunlarına vəsiqə qazanıblar. 

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, 16-21 Noyabr tarixlərində ötən mötəbər yarışa 117 ölkədən 1054 karateçi qatılıb. Dubayda İ.Zaretska ikiqat Dünya çempionu, A.Qurbanlı isə bürünc medalın (eyni zamanda komanda yarışlarında) sahibi olub.

Daha bir idmançımız Rafael Ağayevin (-75 kq) də Dünya Oyunlarına vəsiqə qazanmaq ehtimalı yüksəkdir. Onun bu mötəbər yarışa qatılması 2022-ci ildə Karate1 seriyasından prestij turnirlərdə reytiniqdən və Avropa çempionatında nəticəsindən asılı olacaq.

Xl Dünya Oyunlarının karate yarışları 10 çəki dərəcəsi və kata çıxışları üzrə keçiriləcək. 12 kateqoriyanın hər birində 8 karateçi mübarizə aparacaq. Hər kateqoriyada ilk "üçlük" Dünya çempionatının mükafatçılarıdır. Digər 3 yer Dünya Oyunlarından öncə yenilənən reytinqdə ilk pillələri tutanlara, qitə çempionlarına, daha bir lisenziya isə təşkilatçı ölkənin təmsilçisinə veriləcək. 

Xl Dünya Oyunları 7-17 İyul 2022-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçiriləcək. Bu nüfuzlu multiidman oyunlarında 100-dən artıq ölkədən 3600 elit idmançının çıxışı gözlənilir. Oyunların karate yarışları 8-9 İyul tarixlərində keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol