• $
  • £

Messi: "Ronaldo karyeramı yüksəltməyə kömək edib"

Messi:
04.12.2021 21:30
PSJ-nin ulduz hücumçusu, 7-ci dəfə "Qızıl top"a sahib olan Lionel Messi Kriştiano Ronaldo ilə arasındakı rəqabətə toxunub.
 
 "Barselona”dan ayrılaraq karyerasında yeni səhifə açan argentinalı uğur qazanmaq üçün ilk olaraq özü ilə yarışdığını deyib. "France Football"a "Qızıl top"la bağlı açıqlama verən Messi karyerasının ilk illərini müzakirə edib və "Barselona"ya keçdikdən sonra ölkəsinə qayıtmağı heç düşünmədiyini deyib:

"Mən fəhlə ailəsindən olmuşam, atam bütün günü işləyirdi və kasıb məhəllədə yaşayırdıq. Ailəm mənə həmişə hörmət və təvazökarlıq aşılayıb. Mən bu dəyərlərlə böyümüşəm. 13 yaşımda Barselonadakı La Masiya akademiyasına gələndə da bunu anladım. Hormon çatışmazlığından müalicəmi davam etdirirdim, lakin bu, ailəm üçün çox baha idi deyə Barselonaya getməyə ehtiyac yarandı. Ora gələndə heç vaxt qayıtmağı düşünmədim, baxmayaraq ki, uyğunlaşmaq asan deyildi. İlk il çox çətin keçdi, bu, doğrudur. Amma Argentinaya qayıtmaq heç vaxt ağlıma gəlmədi. Əksinə, vaxt keçdi və özümü daha yaxşı hiss etdim. Peşəkar futbolçu olmaq istədiyimə daha çox əminlik yarandı".

Messi PSJ-yə keçdikdən sonra Neymarın 10 nömrəli formasını niyə seçmədiyini açıqlayıb:

"O nömrə Neymara məxsus idi, mən komandaya kömək etmək üçün gəlmişəm. "10" nömrənin Neymarda qalması daha ədalətli görünürdü. Ona görə də "30"u seçdim".

Leo düşünür ki, Ronaldo ilə rəqabət onların karyeralarını yüksəltməyə kömək edib:

"Mən həmişə başqalarının nə etdiyinə baxmamaq, özümlə yarışmaq istəmişəm. Uzun illər Kriştiano ilə eyni liqada mübarizə apardım. Düşünürəm ki, bu, əla olub və karyeramızı yüksəltməyə kömək edib. Amma mən, sadəcə, özüm olmaq və başqaları ilə yarışaraq özümü təkmilləşdirmək istəyirdim".

Argentinalı ulduz tarixin ən yaxşı oyunçusu sayılmasına da münasibət bildirib:

"Heç vaxt tarixin ən böyüklərindən biri olduğumu söyləməmişəm və ya belə fikirləşməyə çalışmamışam. Tarixin ən böyüklərindən biri sayılmağım kifayətdir".



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol