• $
  • £

Mançesterdə Azərbaycan icması ilə görüş keçirildi - Fotolar

Mançesterdə Azərbaycan icması ilə görüş keçirildi - Fotolar
05.12.2021 14:00
Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Birləşmiş Krallığa səfəri çərçivəsində Mançester şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

"Qafqazinfo” xəbər verir ki, tədbirdə Mançester və ətraf şəhərlərdə yaşayan soydaşlarımız, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin I katibi Nicat Quliyev, Şimali İrlandiyada Birləşmiş Krallıq üzrə Azərbaycanlıların Koordinasiya Şurasının və türk icmasının üzvləri, eləcə də, Güney Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mançesterdə Azərbaycan icmasının üzvləri ilə ilk dəfədir görüş keçirildiyini xatırladaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib.
Tovuz hadisələri, Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərini Birləşmiş Krallıq ictimaiyyətinə çatdıran, Vətənimizin müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə birlik və həmrəylik göstərərək böyük işlər görən icma üzvlərinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən icma üzvləri diaspor fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə daha geniş şəkildə çatdırılması və gələn ilki fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Görüş soydaşlarımızın suallarının cavablandırılması ilə yekunlaşıb.
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol