• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

'"Boccia” idman növü üzrə SeniCup “Zəfər Turniri” keçirilib - FOTO

'
17.12.2021 13:40
Dekabrın 13-də "Boccia” idman növü üzrə "SeniCup” Azərbaycan Çempionatı "Zəfər Turniri” keçirilib. Milli Paralimpiya Komitəsi, Boccia İdman Federasiyasının təşkilatçılığı ilə "Boccia” idman növü üzrə ölkə çempionatının final mərhələsi Bakı İdman Sarayında baş tutub. Açılış mərasimi Boccia İdman Federasiyasının idmançıları və Vətən müharibəsinin qaziləri ilə birlikdə hərbi parad daha sonra Dövlət Himni ilə davam edib.

Final mərhələsinə qədər idmançılar 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində yarışın seçmə mərhələsində iştirak ediblər. Yarışda müxtəlif regionlardan 50-dən çox müxtəlif kateqoriyalı idmançılar yarışıblar. Tədbirdə Milli Məclisin deputatları, idmançılar, paralimpiyaçılar, ikinci Qarabağ müharibəsinin qaziləri iştirak ediblər.

Yarışın sonunda qalib olan idmançılar rəsmilər tərəfindən hədiyyə və diplomlarla təltif olunublar. 

"Boccia” idman növü üzrə "2021 SeniCup” Azərbaycan Çempionatının qalibləri:

BC-1

1-ci yer Canıyev Qalib

2-ci yer Qəribov Fuad

3-cü yer Məmmədova Münəvvər


BC-2

1-ci yer Ağayeva Sona

2-ci yer Kərimov Orxan

3-cü yer Cəfərova Gülnar
 
 
BC-3


1-ci yer Hüseynov Orxan

2-ci yer Süleymanov Samir

3-cü yer Yüsifli Qüdrət

 
BC-4


1-ci yer İslamov Xəyal

2-ci yer Mirzəyev Bəhruz

3-cü yer Veysəlov Zaur


BC-5

1-ci yer Əliyev Ramid

2-ci yer Əmrahlı Vüsal

3-cü yer Hacıyev Şəhriyar.
 






 

 
Zeynalova Aytac


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Mədəniyyət 12:49
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Mədəniyyət 12:47
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol