• $
  • £

Mahir baş məşqçisi ilə görüşdü - “Legiya”da qalır?

Mahir baş məşqçisi ilə görüşdü - “Legiya”da qalır?
19.12.2021 11:57
"Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç komandanın azərbaycanlı hücumçusu Mahir Emreli ilə görüşüb.

"Qafqazinfo” Polşa mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət alan millimizin üzvü ilə baş verənlər haqda danışıb.

Vukoviç "Legiya”dan ayrılmaq istəyən Emreliyə komandada qalmalı olduğunu bildirib. Baş məşqçi hücumçuya bildirib ki, komandanın ona ehtiyacı var. Mahir isə bu barədə yekun qərarı vermədiyini qeyd edib. 
Ancaq "Meczyki” nəşri iddia edir ki, bu görüş futbolçuya yaxşı təsir edib və 25 yaşlı hücumçu ən azı mövsümün sonuna qədər "Legiya”da qalacaq. 

Həmçinin, futbolçunun ailəsinin də məsələyə qarışdığını və onların Emreliyə görə narahat olduqlarını bildirdikləri qeyd olunub.
Xatırladaq ki, "Legiya” fanatları Ekstraklasanın 18-ci turunda "Visla”ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.

Qeyd edək ki, Polşa mətbuatı Macarıstanın "MOL Fehervar” klubunun Mahirlə maraqlandığını, hətta onun üçün "Legiya”ya 1 milyon avro ödəməyə hazır olduğunu yazıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol