Bakıda daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Rəşid Behbudov küçəsi, Bülbül və Azadlıq prospektlərindən istifadə etmələri tövsiyə olunur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox