• $
  • £

"Qarabağ"-"Marsel" oyununun yeri azarkeş tutumuna görə dəyişdirilə bilər

24.12.2021 23:30
"Qarabağ" klubunun Fransa "Marsel"i ilə UEFA Konfrans Liqasının pley-off mərhələsindəki ev oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçirilə bilər.
 
Tofiq Bəhramov adına Respublika stadionunun icazə verilən tamaşaçı tutumunun azlığı ilə əlaqədardır. Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əsasən, açıq havada keçirilən idman tədbirlərinə tamaşaçı tutumunun 50 faizi qədər bilet satılır. 31 200 tamaşaçı tutumuna malik mərkəzi arena üçün bu rəqəm 15 500 anlamına gəlir.
 
68 000 yerlik BOS isə mövcud qaydalara əsasən, Respublika stadionunun ümumi tutumundan çox - 34 000 tamaşaçı qəbul etməyə qadirdir.
"Marsel"in ad-sanlı klub olduğunu və görüşün əhəmiyyətini nəzərə alaraq, oyuna xeyli azarkeşin gələcəyi güman olunur.
 
"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə "Report"a açıqlamasında oyunun BOS-da keçirilmə ehtimalını istisna etməyib: "Hələ dəqiq heç nə yoxdur. Belə bir variant mümkündür".
 
Qarşılaşmaya tam hazır olduqlarını vurğulayan Respublika stadionunun direktoru Şamil Quliyev bildirib ki, oyun məkanının dəyişdirilməsinin mümkünlüyündən məlumatsızdır.
 
"Çox istərdik ki, görüş stadionumuzda olsun. Amma bizə belə bir istək gəlməyib". Bunu isə BOS-un İctimaiyyətlə əlaqələr şöbəsinin Fərid Əsədzadə deyib.
 
UEFA-nın rəsmi saytı "Qarabağ"ın "Marsel" komandası ilə ilk oyununu 2022-ci il fevralın 17-də "Marsel" stadionunda, cavab görüşünü isə fevralın 24-də Respublika stadionunda təşkil olunacağını açıqlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol