• $
  • £

Azərbaycanın gənc şahmatçıları mükafatlandırılıb

Azərbaycanın gənc şahmatçıları mükafatlandırılıb
24.12.2021 18:30
Azərbaycan Şahmat Federasiyasında (AŞF) gənc şahmatçılarla görüş keçirilib.
 
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qurumun prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, Avropa Şahmat İttifaqının Prezidenti Zurab Azmayparaşvili, "Vüqar Həşimov” Klubunun kapitanı Anar Allahverdiyev, gənclərdən və yeniyetmələrdən ibarət milli komandaların baş məşqçiləri Fərid Abbasov və Cahangir Ağarəhimov iştirak ediblər.
 
Tədbirdə həmçinin məktəblilər arasında onlayn Avropa çempionatında medal qazanan gənc şahmatçılar - Nərmin Abdinova (13 yaş qızlar, qızıl medal), Şiroğlan Talıbov (15 yaşlı oğlanlar, gümüş medal), Əhməd Xaqan (10 yaşlı oğlanlar, gümüş medal), Lalə Hüseynova (11 yaş qızlar, bürünc medal), Əsnad Vəliyeva (10 yaş qızlar, bürünc medal) və klublar arasında Avropa Kubokunda 3-cü yeri tutan "Vüqar Həşimov” Klubunun üzvləri - Vüqar Əsədli, Əhməd Əhmədzadə, Murad İbrahimli dəvət olunub.
 
M.Məmmədov gənc şahmatçıları əldə etdikləri yüksək nəticələr münasibəti ilə təbrik edib və federasiyanın hər zaman yeniyetmə və gənc şahmatçılara dəstək olmağa çalışacağını bildirdi. AŞF rəhbəri "Vüqar Həşimov” şahmat klubunun Avropa Kubokunda bürünc medal qazanmasını ilin ən parlaq qələbələrindən biri kimi qiymətləndirib.
 
Daha sonra Z.Azmayparaşvili gənc şahmatçıları və "Vüqar Həşimov” Klubunun üzvlərini təbrik edib. Qonaq Azərbaycan şahmat məktəbinin dünya şahmatında özünəməxsus yüksək yerinin olduğunu söyləyib.
 
Məşqçilər adından çıxış edən A.Allahverdiyev səmimi sözlər üçün öz adından və şahmatçılar adından təşəkkür edib, federasiyanın göstərdiyi qayğının şahmatçıları gələcək uğurlara ruhlandıracağını vurğulayıb.
 
Tədbirin sonunda şahmatçılara AŞF adından mükafatlar təqdim olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol