• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Mehriban Əliyeva Qafqaz Biomüxtəlifliyi Sammitinin açılışında

Mehriban Əliyeva Qafqaz Biomüxtəlifliyi Sammitinin açılışında
07.05.2014 12:43
Mayın 7-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti işə başlayıb.

Trend-in məlumatına görə, tədbirin açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.Sammitə, həmçinin tanınmış beynəlxalq ekspertlər, bir sıra nüfuzlu təşkilatların, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri, eləcə də Azərbaycandan olan alimlər qatılıblar.Sammitdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, tədbirin əlaqələndiricisi Arlo Brady çıxış ediblər.Tədbirdə Azərbaycan təbiətindən və faunasından, eləcə də IDEA-nın fəaliyyətindən bəhs edən film nümayiş olunub.Tədbirdə Qafqaz bəbirinin mühafizəsi, Azərbaycanda bu heyvan növünün yaşayışı üçün əlverişli mühitin yaradılması və onların sayının artırılması yolları ilə bağlı layihə təqdim olunub.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Əliyev Litvanın Baş nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Litvanın Baş nazirini qəbul edib
Litvanın Baş naziri Azərbaycana gəlib
Siyasət 20:50
Litvanın Baş naziri Azərbaycana gəlib
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Siyasət 19:12
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
Siyasət 18:58
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
İlham Əliyev Pezeşkiana zəng edib
Siyasət 15:23
İlham Əliyev Pezeşkiana zəng edib
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Siyasət 14:04
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol