Türkiyə millisinin futbolçusunun öldüyü qəzanın görüntüləri - Video

Türkiyə millisinin və "Konyaspor”un futbolçusu Ahmet Çalık avtomobil qəzasında vəfat edib.
Məlumata görə, bu gün komandanın istirahət günü olduğu üçün gənc futbolçu fevralda keçirməyi planlaşdırdığı toya tarix almaq üçün Ankaraya gedirmiş.
Qeyd edək ki, qəza bu gün saat 9-da Türkiyənin Gölbaşı rayonunun Hacılar Məhəlləsi adlanan ərazidə baş verib. Futbolçu Ankara-Niğde yolunda idarəetməni itirərək yoldan çıxıb və maşını aşıb.
Xatırladaq ki, Ahmet Çalık 2017/2020-ci illərdə "Qalatasaray”da çıxış edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər