• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Bakıda tanınmış fotoqraf Adrian Sternin fərdi sərgisi açılacaq

Bakıda tanınmış fotoqraf Adrian Sternin fərdi sərgisi açılacaq
29.05.2020 03:53

Sərgidə müəllifin 35 əsəri təqdim ediləcək.

Mayın 7-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Adrian Sternin “Afrikanın vəhşi təbiəti” adlı fərdi sərgisi açılacaq. 

Oxu.Az xəbər verir ki, sərgi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçiriləcək Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində təşkil olunacaq.

Sərginin məqsədi vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə diqqət çəkməkdir. Heydər Əliyev Mərkəzindəki sərgidə müəllifin 35 əsəri təqdim ediləcək.

Adrian Stern Afrikanın flora və faunasının müxtəlifliyini əks etdirən foto şəkilləri son on il ərzində Cənubi Afrika Respublikası, Zimbabve, Zambiya, Tanzaniya və Uqandaya səfərləri zamanı çəkib.

Qeyd edək ki, Adrian Stern heyvanlar aləminə maraq və həvəsi ilə əlaqədar dünyanın əksər ölkələrini gəzmiş fotoqraf və rejissordur. O, yaradıcılıq məqsədilə Braziliya və Uqandanın tropik meşələrinə, Nepal dağlarına və s. səyahət edib. Adrian Stern Ümümdünya Vəhşi Təbiət Fondunun Cənubi Afrikadakı nümayəndəliyinin fotoqrafı olaraq vəhşi təbiətin qorunması, təsviri materiallardan istifadə edərək brokonyerlik və digər aktual məsələlər barədə müzakirələrin aparılması və tədbirlər görülməsini stimullaşdırmaq üçün aktiv fəaliyyət göstərir.    

2013-cü ildə Adrian Stern Nepal pələngləri və Uqandanın dağ qorillaları üçün təhlükələrdən bəhs edən qısametrajlı film çəkib. O, həmin il, həmçinin “Cənubi Afrikanın 21 ikonu” layihəsini reallaşdırmağa başlayıb. Burada Nelson Mandela,Nadin Qordimer və Desmond Tutu kimi məşhur simaların portret və müsahibələri yer alıb. Layihə Nelson Mandelanın portretinin rekord sayda satışı ilə yadda qalıb.

Adrian Stern 2011-ci ildə Böyük Britaniyanın nüfuzlu siyasi xadimi Lord Filip Qouldun həyatının son iki həftəsini həm fotolarda, həm də “Mən öləndə: ölüm zonasından dərslər” qısametrajlı filmində əbədiləşdirib.

Həmin fotolar Londonun Milli Portret Qalereyasının daimi ekspozisiyasında nümayiş olunur.

Hazırda Adrian Stern Qafqaz bəbiri və onun Azərbaycanda mövcudluğu haqqında sənədli film üzərində işləyir.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Mədəniyyət 12:49
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Mədəniyyət 12:47
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol