• $
  • £

Cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb

Cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb
17.01.2022 14:17
18 yaşadək yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb.


Federasiyanın Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 76 rayon və şəhərdən olan klub, cəmiyyət və idman təşkilatlarından gənclər iştirak edib.


Nəticələrə əsasən, 25 komanda müxtəlif əyyarlı medal qazanıb, onlardan da 13-ü regionları təmsil edib.


Ümumilikdə Azərbaycan birinciliyində 514 idmançı (439 oğlan, 75 qız) medallar uğrunda mübarizə aparıb. Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (Bakı şəhəri) 1-ci, "Neftçi” İdman Klubu 2-ci, 1 nömrəli Təhsil Respublika İdman Mərkəzi Sumqayıt isə 3-cü yerə layiq görülüb.


Yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədləri yığma komandaya seçmək idi.


Yarışlara ilk dəfə paytaxt Bakı istisna olmaqla, 34 müxtəlif regiondan olan idmançılar qatılıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol