Türkiyəli futbolçunun transferində “Nataşa” qalmaqalı - Video
![Türkiyəli futbolçunun transferində “Nataşa” qalmaqalı - Video Türkiyəli futbolçunun transferində “Nataşa” qalmaqalı - Video](https://anews.az/photo/850x500/2022-01/1642611650_tusuf.jpg)
Rusiyanın MOİK klubuna transfer olunan Türkiyə millisinin üzvü Yusuf Yazıcı ilə bağlı anons videosunda qalmaqal yaşanıb.
Belə ki, görüntülərdə MOİK-in davamlı olaraq Yusuf Yazıcıya transfer üçün mesaj göndərdiyi, ulduz futbolçunun isə cavab vermədiyi görünür. Ancaq klub "Yusuf, bu Rusiyadır, bizdə Nataşa çoxdur” yazdıqdan sonra "Yoldayam, 5 dəqiqəyə oradayam” cavabı görünür.
Reaksiyalardan sonra videonu silən klubun televiziya meneceri Katerina Kirilçeva üzrxahlıq mesajı yayımlayıb.
"Yayımladığımız videoya görə çox üzgünəm. Çox qısa müddətdə ssenari yazmalı oldum və ağlıma bu gəldi. Bu yersiz, uğursuz və bir qədər təhqiredici videoya görə üzr istəyirəm. Həm də şəxsən Yusufdən üzr istəyirəm”, - o bildirib.
Rusiya Futbol Federasiyasının Etika Komitəsi də açıqlama yayıb. Bildirilib ki, bu Rusiya qadınları haqqında təhqiramiz hadisədir. Eyni zamanda, komitənin bu vəziyyəti qiymətləndirəcəyi də qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)