• $
  • £

Voleybol çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub

Voleybol çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub
16.02.2022 18:00
Qadınlar və kişilər arasında keçirilən Azərbaycan çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub.
 
Federasiyanın Mətbuat Xidmətindən  verilən məlumata görə, fevralın 17-də kişi voleybolçular arasında Yüksək Liqasında II dövrənin ilk turu saat 15:00-da "Neftçi” - "Murov” görüşü ilə start götürəcək.
 
Ardınca saat 17:00-da MOİK və "Sərhədçi” komandalarının oyunu keçiriləcək. Hər iki görüş "Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.
 
Fevralın 18-də qadın voleybolçular arasında Superliqada III dövrəyə start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq VII turun ilk matçı saat 16:00-da "Azərreyl” və "Murov” komandaları arasında olacaq. Daha sonra "Abşeron” - UNEC dueli gerçəkləşəcək.
 
Yüksək Liqasda I dövrənin nəticələrinə əsəsən ilk 3 pillədə müvafiq olaraq "Murov”, "Neftçi” və MOİK komandaları qərarlaşıblar. Hərəyə 9 xal toplayan klubların set fərqi də bərabərdir. Ardıcıllıq məhz top fərqinə görə sıralanıb. Dördüncü pilləni 3 xalla "Ekspress” , sonuncu yeri isə "Sərhədçi” tutur.
 
Superliqada isə II dövrədən sonra xal itirməyən "Abşeron” 18 xalla turnir cədvəlinə başçılıq edir. 8 xala malik "Azərreyl” ikinci, ondan 2 xal geri qalan "Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında 4 xal var.
 
Oyunlar pandemiyaya görə azarkeşsiz keçirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol