• $
  • £

Roman Abramoviç "Çelsi"ni satdı, pulunu Ukraynaya verdi

Roman Abramoviç
03.03.2022 00:45
Rusiyalı biznesmen Roman Abramoviç ona məxsus olan "Çelsi" futbol  klubunu satıb. 

"Mən kütləvi informasiya vasitələrində spekulyasiya ilə məşğul olanlara üz tutaraq demək istəyirəm ki, həmişə klubun maraqları çərçivəsində qərarlar vermişəm. Odur ki, yaranmış vəziyyətdə klubu satmaq qərarına gəlmişəm. Çünki bunu komandanın maraqlarına daha uyğun hesab edirəm",  -  Abramoviç deyib. 

Biznesmen bildirib ki, klubun satışından əldə edilən vəsaiti isə Ukrayna müharibəsində zərərçəkmişlərə yardım məqsədilə yaradılmış xeyriyyə donduna qoyacam. 

Medianın yazdığına görə, Abramoviç ona qarşı tətbiq edilən sanksiyalar səbəbindən öz aktivlərini satmağa başlayıb. Fevralın 24 -də Britaniyanın baş naziri Boris Conson Rusiya bankları və məmurlarına qarşı sanksiyalar tətbiq etmək, həmçinin yüzlərlə insan və şirkətin aktivlərinin dondurmaq niyyətindədir. 

Bundan başqa Conson varlı rusiyalıların öz pullarını necə qazandıqlarının araşdıracağına söz vermişdi. "Oliqarxların gizlənməyə yeri olmayacaq"- baş nazir demişdi. 

Abramoviç "Çelsi" klubunu 2003-cü ildə 140 milyn funt sterlinqə alıb və onun inkişafına 1,5 milyard funt sterlinq xərcləyib. 

Bu müddətdə "Çelsi" 4 dəfə İngiltərə çempionu olub, iki dəfə Arvropa liqası və Çempionlar Liqasını, 5 dəfə İngiltərə Kubokunu, 3 dəfə Liqa Kubokunu və iki dəfə İngiltərə Superkubokunu udub. 


N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol