• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Rəbiyyə Məmmədova Azərbaycana qarşı – AİHM şikayəti qəbuledilməz saydı

Rəbiyyə Məmmədova Azərbaycana qarşı – AİHM şikayəti qəbuledilməz saydı
03.03.2022 16:55
Rəbiyyə Məmmədovanın qərəzsizliyinə şübhə ilə yanaşaraq şikayəti rədd edilib, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) martın 3-də Azərbaycandan göndərilmiş şikayət üzrə qərarında bildirilib. 

"Rəbiyyə Məmmədova Azərbaycana qarşı”  şikayət 9 AİHM-ə 13 il əvvəl – 2009-cu ildə göndərilib.

İşin hallarına görə, ərizəçi 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Yasamal rayonunda anbar alıb, onu özəlləşdirib.

Nazirliyin qəzetində özəlləşdirmə ilə bağlı məlumat dərc edilib, ərizəçiyə anbara dair mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilib.

2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xətai Rayon Məhkəməsinə şikayət edib. Ərizəçinin mülkiyyətində olan anbar və torpaq sahəsinə verilmiş mülkiyyət hüququ şəhadətnamələrinin ləğv edilməsini istəyib. Məhkəmə şikayəti əsaslı sayıb, anbar və torpaq sahəsinin özəlləşdirilməsinin qanunsuz olması qənaətinə gəlib.

Rəbiyyə Məmmədova Bakı Apelyasiya Məhkəməsi, ardınca isə Ali Məhkəməyə müraciət edib. Hər ikisi birinci instansiya məhkəməsinin qərarını qanuni sayıb.
Ərizəçinin şikayətinə Ali Məhkəmədə baxan heyətin bir üzvü isə apelyasiya icraatı zamanı qərar verən hakimlərdən biri olub. Ərizəçi AİHM qarşısında mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edib. AİHM əvvəlcə ərizəçinin mülkiyyət hüququnun pozuntusu ilə bağlı iddiasını araşdırıb.

Məhkəmə ona təqdim edilmiş sənədlər əsasında qərara gəlib ki, Rəbiyyə Məmmədova mübahisənin predmeti deyil. Çünki o, həmin anbar və torpaq sahəsini özəlləşdirdikdən bir neçə ay sonra başqa bir şirkətə satıb. Notarius tərəfindən təsdiq edilmiş alqı-satqı müqavilələri isə mübahisələndirilməyib və ya onun etibarsız sayılmasına cəhd olunmayıb. Məhkəmə bildirib ki, ərizəçi daxili məhkəmələrə şikayətlərində də bildirib ki, onun artıq anbar və torpaq sahəsinə mülkiyyət hüququ yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətinin iddiası isə 2003-cü ildə baş vermiş özəlləşdirmənin qanuni olub-olmamasına yönəlib.

Bütün bu halları nəzərə almaqla, AİHM hesab edib ki, ərizəçinin mülkiyyət hüququna müdaxilənin baş verməsi nəticəsinə gəlmək üçün hər hansı əsas yoxdur.

Ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiasına gəlincə, ərizəçi AİHM qarşısında bildirib ki, işə Ali Məhkəmədə baxan hakimlərdən biri həm də mübahisə üzrə apelyasiya icraatı zamanı qərar verənlərdən olub.

Ərizəçi daxili qanunvericiliyə istinad edərək, həmin hakimin işdən çəkilməli olduğunu, ancaq bunu etmədiyini vurğulayıb.

Ərizəçinin Ali Məhkəmədə bununla bağlı hər hansı tələb irəli sürmədiyini vurğulayan hökumət isə bildirib ki, ərizəçi bu xüsusat üzrə daxili müdafiə vasitələrini tükətməyib.

AİHM isə qeyd edib ki, ərizəçinin vəkili Ali Məhkəmədə keçirilən iclasda iştirak edib, hakim R.A.-nın məhkəmə heyətinin tərkibində olmasından xəbərdar olub. Daxili qanunvericilik imkan yaratsa da, vəkil həmin hakimə etiraz etməyib.

Daxili müdafiə vasitəsinin qeyri-effektivliyinə gəlincə, ərizəçi bunu isbat edən heç bir dəlili məhkəməyə təqdim etməyib.

Beləliklə, AİHM ərizəçinin qərəzsizliyinə şübhə ilə yanaşıb. Hakimin kənarlaşdırılması üçün effektiv daxili müdafiə vasitəsinə sahib olduğu halda bundan istifadə etmədiyi qənaətinə gəlib.

Bu məsələdə AİHM daxili müdafiə vasitələrinin tükəndirilmədiyi qənaətinə gəlib və şikayətçinin ərizəsini qəbuledilməz sayaraq, rədd edib.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah İmişli və Saatlıda 2 500-dən çox abonentin qazı kəsiləcək
Cəmiyyət 19:04
Sabah İmişli və Saatlıda 2 500-dən çox abonentin qazı kəsiləcək
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Экстренная посадка турецкого самолета в Баку
Cəmiyyət 18:00
Экстренная посадка турецкого самолета в Баку
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Cəmiyyət 16:34
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Cəmiyyət 16:28
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Cəmiyyət 16:12
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Cəmiyyət 14:26
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 14:18
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol