• $ 1.7
  • € 1.9849
  • ₽ 0.02178
  • ₺ 0.0423
  • £ 2.2834

Bakalavriat və magistratura səviyyəsi üzrə ayrılan plan yerlərinin sayı açıqlandı

Bakalavriat və magistratura səviyyəsi üzrə ayrılan plan yerlərinin sayı açıqlandı
01.05.2014 18:48
“Azərbaycanda magistraturanın plan yerləri ötən illə müqayisədə 5% azalıb. Bu il magistraturaya qəbul planı 6565 yerdir”.APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, magistraturaya qəbul planının azalmasında narahatedici heç nə yoxdur. TQDK sədrinin sözlərinə görə, keçən il magistraturaya qəbul planı 6964 idisə, ora cəmi 5500 nəfər qəbul olunmuşdu: “Həmin plan yerinə yetirilməyib və yerlərin bir qismi boş qalıb Bu il isə magistratura səviyyəsi üzrə 38 universitet üçün 6565 plan yeri ayrılıb. Əsas yenilik odur ki, növbəti tədris ili üçün magistratura səviyyəsində qiyabi təhsil forması üzrə plan yerləri ayrılmayıb. Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universitetində plan yerlərinin sayı azalıb. Bəzi universitetlərdə isə plan yerlərinin sayında cüzi artım (3%) qeydə alınıb. Bu məlumatlar “Magistr” jurnalının 4-cü sayında yerləşdirilib”.M.Abbaszadə əlavə edib ki, 2014-2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə 38 111 plan yeri ayrılıb. Növbəti tədris ili üçün ali məktəblərə qəbul planının 3,95 %, yaxud 1449 yer artdığını deyən TQDK sədri qeyd edib ki, müxtəlif hərbi və xüsusi təyinatlı məktəblər istisna edilsə, I qrupda plan yerlərinin sayında artım təxminən 4%, II qrupda təxminən 7%, III qrupda artım 0,5%, IV qrupda artım 0,8%-dir. Onun sözlərinə görə, qəbul planında dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı 1,26% artıb: “Bu il I ixtisas qrupunda dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı 7% artıb, II qrupda 35% azalıb, III qrupda 7% artıb, IV qrupda təxminən 8% artıb. Əsas müsabiqə vəziyyəti dövlət sifarişli yerlər üzrə olur. Yeni tədris ili üçün ali məktəblərə qəbul planı tərtib edilərkən Təhsil Nazirliyinin razılığı və universitetlərin xahişi ilə müəyyən ixtisaslarda rus və Azərbaycan bölməsi üzrə plan yerləri ayrı verilib. Buna görə də həmin ixtisaslarda rus və Azərbaycan bölməsi üzrə müsabiqə ayrı-ayrılıqda aparılacaq. Keçən il isə əksər ixtisaslarda müsabiqə birgə aparılırdı. Müsabiqə birgə aparıldıqda, onlar üçün qrupların formalaşdırılması çətin olur. Ona görə də bu il qəbul planında müəyyən ixtisaslarda müsabiqə birgə aparılacaq. Ancaq müəyyən universitetlər bununla razılaşmayaraq plan yerlərini rus və Azərbaycan bölmələri üzrə birgə veriblər”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Laçında yanğın olan ərazidə partlayış baş verib - Yenilənib
Cəmiyyət 00:03
Laçında yanğın olan ərazidə partlayış baş verib - Yenilənib
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edilib
Cəmiyyət 23:10
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edilib
İlqar İsmayılov azadlığa buraxılıb
Cəmiyyət 21:00
İlqar İsmayılov azadlığa buraxılıb
Şahin Şıxlinskinin oğlu həbs olunub
Cəmiyyət 20:33
Şahin Şıxlinskinin oğlu həbs olunub
Sabah Yevlax rayonunun bir hissəsində qaz olmayacaq
Cəmiyyət 18:22
Sabah Yevlax rayonunun bir hissəsində qaz olmayacaq
Ağdaşda 17 yaşlı gənc kanalda batıb
Cəmiyyət 18:11
Ağdaşda 17 yaşlı gənc kanalda batıb
Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib
Cəmiyyət 17:44
Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib
Bakıda kişi arvadını güllələməyə cəhd edib, qadın xəstəxanaya yerləşdirilib
Cəmiyyət 16:57
Bakıda kişi arvadını güllələməyə cəhd edib, qadın xəstəxanaya yerləşdirilib
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
Cəmiyyət 16:24
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol