• $
  • £

Putinə dəstək olan yazıçılar arasında azərbaycanlı yazıçı da var - YENİLƏNİB

Putinə dəstək olan yazıçılar arasında azərbaycanlı yazıçı da var - YENİLƏNİB
14.03.2022 10:55
500 rus yazıçısı  Rusiya prezidenti  Vladimir Putinə Ukraynaya  hərbi müdaxiləsi ilə  bağlı dəstək məktubu yazıb, onların arasında azərbaycanlı da var, bu barədə  Yeniyaz saytı "Literaturnaya qazeta”-ya istinadən məlumat verib.
 
Rusiya prezidentinə dəstək verənlər arasında azərbaycanlı yazar Knyaz Qoçaqıb da adı var. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Sibirdə - Pıtyax şəhərində yaşayır və orada nəşr olunan "Novaya Severnaya qazeta" ilə  əməkdaşlıq edir. 

Yazıçılar Rusiya prezidenti Vladimir Putini müdafiə edərək, hərbi əməliyyatların faşistlərə qarşı aparıldığını qeyd ediblər.
 
Pıt-Yax şəhərindəki "VƏTƏN" Cəmiyyəti Azərbaycan Milli mədəni mərkəzin prezidenti Adəm Əsədov isə Anews.az-a açıqlamasında bildirib ki,  Knyaz Qoçaqın  Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləməsi barədə xəbər həqiqiəti əks etdirmir.
 
"Literaturnaya Qazeta"dan Knyaz Qoçağın ünvanına Ukraynadakı hərbi əməliyyatlara dəstək üçün anket sorğusu göndərilsə də, səhətti ilə əlaqədar cavabsız qoyub. Buna baxmayaraq onun da  bu hərbi əməliyyatları dəstəklədiyi barədə  yanlış məlumatlar gedib.  Onun özü ilə əlaqə saxlayıb, həqiqəti öyrəndim və belə məlumatın səhv olduğunu təsdiqlədi", - Əsədov deyib.
 
Onun sözlərinə görə, Pıt-Yaxda yaşayan soydaşlarımızın 90-95 %-ı  Ukraynada aparılan hərbi əməliyyatları əleyhinədir və  bu barədə Pıt-Yax şəhərindəki "VƏTƏN" Cəmiyyəti Azərbaycan Milli mədəni mərkəzi rəsmi bəyanat yayıb.
 
Məsələ ilə bağlı Knyaz Qocaqla da əlaqə saxlamağa cəhd etdik. Amma o zənglərimizə cavab vermədi.  
 
Onun  özündən Rusiya prezidentinə gerçəkdən dəstək olub olmadığı barədə məlumat alan kimi bu məsələyə bir daha aydınlıq gətirəcəyik. 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Cəmiyyət 16:05
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Cəmiyyət 15:15
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Azərbaycanda qeyri-sabit hava şəraiti aqrar sığorta müraciətlərini artırıb
Cəmiyyət 14:29
Azərbaycanda qeyri-sabit hava şəraiti aqrar sığorta müraciətlərini artırıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
DİM: Buraxılış imtahanlarının çətinliyi iştirakçının hazırlıq səviyyəsindən asılıdır
Cəmiyyət 12:25
DİM: Buraxılış imtahanlarının çətinliyi iştirakçının hazırlıq səviyyəsindən asılıdır
BƏƏ-dən Azərbaycan vətəndaşlarının növbəti təxliyəsi həyata keçirilib
Cəmiyyət 11:12
BƏƏ-dən Azərbaycan vətəndaşlarının növbəti təxliyəsi həyata keçirilib
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:31
Qızıl və gümüş bahalaşıb
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:21
İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
Cəmiyyət 10:02
DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox