Avropa Rusiyadan qaz almağı dayandırsa hansı nəticələri ola bilər? - ŞƏRHLƏR

Avropa İttifaqı Rusiyadan qaz, neft və kömür idxalının dayandırmaq istəyir, bu təşkilatın liderlərinin Versal sammiti üçün hazırlanmış bəyannamə layihəsində öz əksini tapıb. Layihəyə əsasən, ittifaq ölkələri 2030-cu ilə qədər Rusiyanın enerjidaşıyıcılarından xilas ola biləcək.
Avropa üçün Rusiyanın qaz kəmərinə alternativ olan "Bakı-Tbilisi-Ceyhan"(BTC) neft kəməri və "Bakı-Tbilisi-Ərzurum"(TAP) qaz kəmərləri Goranboy və Tovuz ərazisindən keçir. Sözügedən ərazilərdə isə son günlərdə atəşkəs tez-tez pozulur.
Maraqlıdır ki, Rusiya atəşkəsin pozulmasına bilərəkdən şərait yaradaraq BTC və TAP üzərində də təsiri ola biləcəyi mesaj verir? Həmçinin, bu proseslər Azərbaycanın Avropa ilə qaz sahəsindəki əlaqələrinə necə təsir edəcək?
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Ermənistan və onun əsas havadarı Rusiya əvvəllər də buna bənzər addımların atılmasına cəhd edib.
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs elan olunduqdan sonra da müxtəlif zamanlarda Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kəmərləri çəkilərkən müxtəlif təxribatlar olmuşdu. Hətta Gürcüstan ərazisində, Cənubi Osetiyada 2008-ci ildə boru kəmərinə yaxın ərazidə hərbi əməliyyatların olduğu ilə bağlı məlumatlar var idi. 20-ci ilin Tovuz hadisələri də buna nümunədir. Lakin hazırki durumda bu mümkünsüz görünür. Əvvəla, 44 günlük müharibə zamanı Azərbaycan cəbhə xəttini bu kəmərlərdən uzaqlaşdırmağı bacardı. Kəmərlər daha təhlükəsiz ərazidədir. Rusiyanın belə bir mesaj ötürmək istəyi, kəmərlərin hansısa şəkildə zədə görməsi çox ağır nəticələr verər. Düşünmürəm ki, belə nəticələr gözə alınaraq hansısa addımlar atılar. Həmçinin, bu kəmərlər beynəlxalq şəkildə qorunmaqdadır. Bu kəmərlərdə pay sahibi olan ölkələr, əsasən Britaniya kəmərlərin təhlükəsizliyi üçün ciddi tədbirlər görür. Azərbaycanın hərbi hava qüvvələri, müttəfiqləri ilə atdığı birgə addımlar bu təhlükənin qarşısını alacaq", deyə o bildirib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, müharibə şəraitində Azərbaycan neft-qaz kəmərlərinin zədə alma ehtimalı istisna edilmir.
"Müharibədə hər şey mümkündür və çox şeyi də proqnoz etmək olmur. Amma Ukraynada gedən dəhşətli müharibənin 16-cı günüdür və hələ Dünya bu ölkə ərazisində olan beynəlxalq əhəmiyyətli 10 magistral neft və qaz kəmərinin sıradan çıxarılmasını müşahidə etməyib. Bu müharibə fonunda Azərbaycanın qaz kəmərləri keçən Tovuz və Goranboy iqtiqamətində atəşkəsin pozulması Rusiyanın Ermənistanın vasitə ilə göndərdiyi mesaj ola bilər. Lakin nəzərə alaq ki, bu kəmərlər cəbhə xəttindən 13 kilometr uzaqdadır. Digər məsələ, Azərbaycan kəmərləri hazırda Avropa üçün xüsusi maraq kəsb emir. Çünki İran ilə danışıqlar gedir, əgər razılaşma olarsa Fars körfəzi vasitəsi İran qazı Avropaya aparıla bilər. Bu ölkə də Rusiya üçün rəqibdir. TAP ilə cəmi 10 milyard kubmetr qaz ixrac olunur ki, bu da böyük göstəricisi hesab edilməyə bilər. Amma Azərbaycanın İtaliyaya qaz istehlakında payı 9 faiz idi və bu il 12 faizə qədər qaldırmağı planlayırdı. Bolqarıstanın qaz tələbatının 33 faizini Azərbaycan ödəyir. ", - o əlavə etdi.
Almaniya, İtaliya, Macarıstan və Avstriya Rusiya qazından daha çox asılıdır. Beynəlxalq Enerji Agentliyi də Avropa İttifaqına Rusiya qazından asılılığın azaldılması planını təklif edib. Proqram Rusiya ilə yeni müqavilələrin rədd edilməsini və enerji sektorunda yaşıl keçidi nəzərdə tutan 10 bənddən ibarətdir.
Rusiyada isə hesab edirlər ki, Avropa sanksiyalar tətbiq etməklə emosional hərəkət edir. Rusiya baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq edib ki, Rusiya resurslarından imtina fəlakətli nəticələrə gətirib çıxaracaq. O, bu qərarın yanacağın qiymətinin qalxmasına səbəb olacağını deyib. Novak iddia edib ki, neftin bir barelinin dəyəri 300 dollara çata bilər.
Milli Enerji Təhlükəsizliyi Fondunun (NESF) və Rusiya Hökuməti yanında Maliyyə Universitetinin eksperti Stanislav Mitraxoviç düşünür ki, ittifaqın Rusiya neftindən imtina etməsi hasilatı azaldacaq və Avropanın Rusiyanı tərk etməsi üçün bir neçə il lazım olacaq.
www.anews.az

2021-ci ildə Azərbaycandan xaricə qaz satışı 18,9 mlrd. kubmetr olub. Energetika Nazirliyinin 2021-ci ilin nəticələrinə həsr olunmuş hesabatına görə,Türkiyəyə 8,5 mlrd. kubmetr qaz ixrac olunub. O cümlədən Trans-Anadolu boru kəməri (TANAP) vasitəsi ilə Türkiyəyə 5,6 mlrd. kubmetr qaz ixrac olunub. 2021-ci ildə Azərbaycandan Gürcüstana 2,2 mlrd. kubmetr qaz ixrac edilib. Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan boru neft kəməri sisteminə 0,1 mlrd. kubmetr qaz göndərilib.
Sözügedən qaz kəmərləri fövqəladə vəziyyətlərdə necə qorunur?
BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin sözlərinə görə, TAP daxil olmaqla qaz kəmərləri hamısı yüksək səviyyədə qorunur.

Siyasi şərhçi Rauf Mirqədirov bildirdi ki, Rusiya qazından imtina Avropada problemlər yaradacaq ki, bunların həlli üçün Azərbaycan mənbələri bəs etmir.
"Bizim "TAP və BTC kəmərləri Rusiya qazına yeganə alternativ deyil. Məsələn, "Şimal axını 2"-dən imtina edildikdən sonra Rusiya yeni qaz kəməri layihəsi barədə düşünür. Azərbaycan qaz kəməri TAP ildə 20 milyard kubmetr Avropa bazarına qaz çıxara bilir. Amma bu Rusiyanın bir kəmərinin çıxartdığı qaz həcmini əvəz edə bilmir. Rusiya yalnız "Şimal axını 1" kəməri ilə Almaniyaya 30 kubmetr qaz ixrac edib. Lakin Avropanın Rusiyaya alternativ kəmərlərinin çəkilməsi, sıxılmış qazın daşınması üçün çoxlu tankerlərin gətirilməsi uzun vaxt tələb edir. Bütün bunların fonunda Azərbaycanın tranzit ölkə kimi Qərb və Avropanın bazarı üçün əhəmiyyəti böyük ola bilər. Bunu böyük təhlükə hesab edən Rusiya isə həmişə çalışıb ki, Transxəzər neft və qaz kəmərlərinin çəkilməsinə maneələr yaradıb. Kreml üçün Orta Asiyadan qərb bazarlarına gedən qaz və neftin Rusiya ərazisindən kənar ixracatı ciddi təhlükədir. Orta Asiyadakı qaz resurslarının dünya bazarına çıxarılması üçün Transxəzər kəmərinin çəkilmə ehtimalı var. Bu baxımdan Rusiyanın hazırda fəaliyyət göstərən qaz kəmərlərinin təhlükədə olma görüntüsü yaratması başadüşüləndir. Rusiyanın köhnə adətidir bu. Həmişə bu arumentdən istifadə edərək mesaj ötürür ki, qeyri-sabit şəraitdə qaz kəmərinin çəkilməsi və oradakı mövcud resursdan istifadə təhlükəlidir. Rusiyanın ən çox valyuta götürdüyüsahə neft və qazdır. Bunu nəzərə alsaq, Azərbaycan-Ermənistan arasında baş verənlər Rusiyanın bu marağı ilə bağlı ola bilər. Rusiya belə planlı işləyərək mövcud olan və yaranabiləcək potensial enerji resurslarını təcrid etməklə digər ölkələri özündən asılı vəziyyətdə saxlamaq istəyir. Həmçinin, Rusiya bu üsulla Ukraynaya hücumu ilə bağlı ona tətbiq edilən sanksiyaların da təsirini azaldır. Rusiya bu sanksiyalardan sonra iqtisidi cəhətdən çöküşünü neft və qaz ixracatından gələn gəlir ilə müəyyən müddət təxirə sala bilər. Məhz buna görə də Rusiya bütün imkanları ilə alternativ qaz və neft mənbələrindən istifadəyə əngəl olacaq. Hətta hazırda Rusiya İranın üzərindəki sanksiyaların qaldırılmaması üçün səfərbər olub. Çünki İran dünya bazarında qaz sahəsində Rusiyanın ciddi rəqibi ola bilər", - siyasi şərhçi bildirdi.
Almaniya, İtaliya, Macarıstan və Avstriya Rusiya qazından daha çox asılıdır. Beynəlxalq Enerji Agentliyi də Avropa İttifaqına Rusiya qazından asılılığın azaldılması planını təklif edib. Proqram Rusiya ilə yeni müqavilələrin rədd edilməsini və enerji sektorunda yaşıl keçidi nəzərdə tutan 10 bənddən ibarətdir.
Rusiyada isə hesab edirlər ki, Avropa sanksiyalar tətbiq etməklə emosional hərəkət edir. Rusiya baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq edib ki, Rusiya resurslarından imtina fəlakətli nəticələrə gətirib çıxaracaq. O, bu qərarın yanacağın qiymətinin qalxmasına səbəb olacağını deyib. Novak iddia edib ki, neftin bir barelinin dəyəri 300 dollara çata bilər.
Milli Enerji Təhlükəsizliyi Fondunun (NESF) və Rusiya Hökuməti yanında Maliyyə Universitetinin eksperti Stanislav Mitraxoviç düşünür ki, ittifaqın Rusiya neftindən imtina etməsi hasilatı azaldacaq və Avropanın Rusiyanı tərk etməsi üçün bir neçə il lazım olacaq.
İtaliyanın Eni neft-qaz şirkəti Rusiyada neft və neft məhsullarının alışı üzrə yeni kontraktlar bağlamayacağını açıqlayıb. Bu qərar Rusiyanın Ukraynanı işğal etməsinə görə verilib. Eni-dən əvvəl Britaniyanın British Petroleum və Britaniya-Niderland Shell şirkətləri Rusiya neft-qazı üzrə kontraktlar bağlamaqdan imtina edib. Artıq ABŞ Nümayəndələr Palatası Rusiya neftinin idxalının yasaqlanması üzrə qanun layihəsini səs çoxluğu ilə qəbul edib. İndi sənədə Senatda baxılmalıdır. Prezident Co Baydenin qərarını Britaniya və Avropa İttifaqının bəzi üzvləri dəstəkləyib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər