Azərbaycan iqtisadiyyatı 7%-ə yaxın böyüyüb

2022-ci ilin yanvar-fevral aylarında ölkədə 19175,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.
www.anews.az
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artıb.
ÜDM istehsalının 53,6 faizi sənaye, 7,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi tikinti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1909,7 manata bərabər olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 