• $
  • £

Tanınmış idmançıları mükafatlandırılıb

Tanınmış idmançıları mükafatlandırılıb
15.03.2022 20:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edilmiş idmançıların mükafatlandırılma mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanmış Azərbaycan idmançılarının təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər.
 
Onlar Tokioda uğur qazanmış idmançıları dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib, qarşıdakı yarışlarda, xüsusən də Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarında uğurlar arzulayıblar.

Sonra gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin sərəncamları ilə təltif edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.
Təltif edilənlər siyahısında Tokio olimpiadasının gümüş medalçıları karateçi İrina Zaretska (68 kq) ilə sərbəst güləşçi Hacı Əliyev (65 kq) və olimpiadanın bürünc medalına sahib çıxan cüdoçu İrina Kindzerska (68 kq), həmçinin Tokio paralimpiadasında bürünc medal əldə etmiş cüdoçu İlham Zəkiyev (+100 kq) də var.

 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il avqustun 12-də və sentyabrın 26-dakı sərəncamları ilə Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər "Vətənə xidmətə görə” ordeni, 2 nəfər "Əmək ordeni”, 7 nəfər "Tərəqqi” medalı, 5 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, Paralimpiya oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər "Şöhrət” ordeni, 14 nəfər "Vətənə xidmətə görə” ordeni, 3 nəfər "Əmək ordeni”, 3 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə "Tərəqqi” medalı ilə təltif ediliblər.












www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
İdman 11:25
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib

"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
İdman 23:20
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
İdman 22:55
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
Qış Olimpiya Oyunları başa çatıb
İdman 22:45
Qış Olimpiya Oyunları başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol