• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

ABB-də “Yaz fürsəti” yenidən başladı!

ABB-də “Yaz fürsəti” yenidən başladı!
17.03.2022 16:21
ABB Novruz bayramı ərəfəsində yeni fürsətlər yaradır. Bankın bu gündən elan etdiyi kampaniya çərçivəsində müştərilər nağd pul kreditini ABB-dən 14%-dən başlanan faiz dərəcəsi ilə əldə edə bilərlər. Kredit 30 000 manatadək məbləğdə, 60 ayadək verilir. Rəsmiləşdirmə komissiyası sıfırlanıb. Üstəlik, kredit alan müştəriyə minimum 500 manatlıq TamKart kredit kartı hədiyyə edilir. 

Bundan başqa, kampaniya çərçivəsində TamKartla 100 manat və daha çox ödəniş müştəriyə 10 manat keşbək qazandırır. Kampaniya dövründə müştəri 5 əməliyyata görə maksimum 50 manat keşbək qazana bilər.

"Yaz fürsəti” səyahətsevərlərə də aiddir. Belə ki, kampaniya zamanı ABB Miles Premium kartını ilk dəfə alan müştərilərə 30 000  mil qazanmaq imkanı yaradılır. Sadə ABB Miles kartını ilk dəfə alan müştərilərinsə 15 000 mil qazanmaq imkanı olur. Bu imkandan faydalanmaq üçün kart sahibi ABB mobile tətbiqinin "Kampaniyalar” bölməsində bu kampaniyaya qoşulmalıdır. Yeni ABB Miles Premium kartı ilə 30 000 mil qazanmaqdan ötrü 3 ay boyunca aylıq minimum 1500 AZN - mil hesablanan dövriyyə etməlidir. Yeni ABB Miles kartı sahiblərindən isə 15 000 mil qazanmaq üçün 3 ay boyunca minimum 800 AZN mil hesablanan dövriyyə etmək tələb olunur. 

Onu da qeyd edək ki, 30 000  mil 480 AZN-ə, 15 000 mil 240 AZN-ə bərabərdir. Hər bir kampaniya təklifinin şərtləri və qüvvədə olma müddətləri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.































www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:13
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
İqtisadiyyat 15:48
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 14:48
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
İqtisadiyyat 14:38
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
İqtisadiyyat 14:33
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
İqtisadiyyat 14:27
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
İqtisadiyyat 13:11
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:31
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol