• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Vətəndaşların bu ay pensiyası niyə azalıb? - AÇIQLAMA

Vətəndaşların bu ay pensiyası niyə azalıb? - AÇIQLAMA
18.03.2022 11:53
Fevral ayında 300 manat pensiya alan şəxslər bu ay həmin məbləğin azaldığından narazılıq edirlər və bunun hansı səbəblə bağlı olduğunu bilmirlər, bu barədə bir neçə vətəndaş öz sosial hesabında məlumat yayıb.
 
"Keçən ay 300 manat aldığımız pensiya 267 manat olub. Bunun hansı səbəbdən azaldığını bilmirik. Hansı artım ilə bağlı olub olmadığını da müəyyən etməyə çətinlik çəkirik. Əgər bu artımdırsa onda niyə yenidən azalıb" deyə vətəndaşlar yazıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov anews.az-a açıqlamasında bildirdi ki, prezidentin fərmanına uyğun olaraq ayrılan 200 manatlıq yardım dörd rübə bölünməklə veriləcək və bunun birinci hissəsi fevral ayında verildiyi üçün vətəndaşların pensiyasında o artım olub.
 

"Biz keçən dəfə də qeyd etmişik ki, prezidentin fərmanına uyğun olaraq bu il pensiyaçılara 200 manat məbləğində maddi yardım müəyyən edilib. Bu yardım rüblərə bölünməklə dörd dəfə veriləcək. Birinci rüb ödənişini alan pensiyaçılar ikinci rübün əvvəlində pensiyalarında növbəti hissəni əldə edəcəklər. Bu artım il ərzində dörd rübə bölünməklə veriləcək. Vətəndaşlar növbəti artım hissəni aprel,iyul və oktyabr pensiyalarında ala biləcəklər" mətbuat sözçüsü deyib.
 
Prezident İlham Əliyev fevralın 8-də "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamına görə 2022-ci il pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla)  200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi təmin ediləcək. Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol