• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Apreldə Bakıdan Daşkəndə uçuşlar başlayacaq

Apreldə Bakıdan Daşkəndə uçuşlar başlayacaq
18.03.2022 15:26
"Azərbaycan Hava Yolları” aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.
 
 Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
 
Aviaşirkət aprelin 2-dən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə həftədə bir dəfə - şənbə günləri uçuşlar həyata keçirəcək. Mayın 4-dən isə daha bir tezlik əlavə olunacaq, Daşkəndə uçuşlar çərşənbə günləri də yerinə yetiriləcək.
 
Uçuş cədvəli ilə aviaşirkətin rəsmi azal.az saytında tanış olmaq mümkündür. Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
 
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
 
Özbəkistana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: //www.azal.az/az/information/covid-uzbekistan.
 
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: //www.azal.az/az/information/covid-clinics.
 
Sərnişin Daşkənd şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:13
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
İqtisadiyyat 15:48
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 14:48
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
İqtisadiyyat 14:38
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
İqtisadiyyat 14:33
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
İqtisadiyyat 14:27
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
İqtisadiyyat 13:11
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:31
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol