• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

"Buta Airways" Azərbaycandan Qazaxıstana uçuşlara başlayır

18.03.2022 16:37
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - "Buta Airways" aprelin 5-dən Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
 
Bu barədə aviaşirkətdən bildirilib.
 
Uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
 
Biletləri butaairways.az rəsmi saytından ("Büdcə”, "Standart” və "Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək olar. Biletlərin dəyəri 29 avrodan başlayır.
 
Pandemiya dövründə reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyət şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Qazaxıstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır.
 
Pandemiya dövründə Qazaxıstan ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/kazakhstan
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/clinics


Qazaxıstandan Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:13
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
İqtisadiyyat 15:48
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 14:48
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
İqtisadiyyat 14:38
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
İqtisadiyyat 14:33
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
İqtisadiyyat 14:27
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
İqtisadiyyat 13:11
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:31
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol