Vətəndaşlar niyə sığortadan yararlana bilmir?

2022-ci il yanvarın 1-dən etibarən özəl sektorda işəgötürən və işçilərin aylıq əmək haqqının 2 faizi həcmində icbari tibbi sığorta haqqı tutulur. 2021-ci ildə bu qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq əmək haqqının 1 faizi ilə hesablanırdı. İcbari Tibi Sığortaya daxil olan bəzi xidmətlərdən vətəndaşlar zamanında faydalan bilmədiyini bildirir. Belə ki, MRT və KT kimi xidmətlərdən istifadə etmək üçün vətəndaşlar uzun növbədə gözləməli olduğunu deyir.
Millət vəkili Vüqar Bayramov bu sistemdə hələ də çətinliklərin olduğunu deyir.
"Bizim müşahidələr də göstərir ki, İcbari Tibbi Sığortanın istifadəsi və əlçatanlığında müəyyən problemlər var. Əsas problemlər vətəndaşların icbari sığorta üçün ödəniş etməsinə baxmayaraq xəstəxanalarda həmin xidməti almaqda çətinlikləri yaranır. Bu da bir növ onunla bağlıdır ki, bu xidmətdən bütün vətəndaşlar yararlana bilir. Müraciət edənlərin sayını kifayət qədər çox olması bu cür problemlər yaradır" deputat bildirir.
Deputat təklif edir ki, bu cür problemlərin qarşsını almaq üçün İcbari Tibbi Sığortada iştirak edən xəstəxanaların sayını artırmaq lazımdır.
"Bu prosesə özəl xəstəxanaları da cəlb etmək yaxşı təcrübə olar. Yeni mexanizm hazırlanmalıdır ki, vətəndaşlar az sayda xəstəxanalarda deyil, daha çox xəstəxana seçmək şansını dəyərləndirə bilsinlər. İnkişaf etmiş ölkələrdə də icbari tibbi sığortanın ilk illərində bu kimi problemlər olub. Bəzi ölkələrdə hələ də bu problemlər qalır. Yəqin ki, zamanla təcrübə ilə bu kimi səbəblər aradan qaldırılacaq" Bayramov deyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, MRT və KT xidməti üzrə vətədaşların müayinəsi göndəriş vərəqəsinə görə müəyyən edilir. Əgər vətəndaşın göndəriş vərəqəsi təcili təxirəsalınmaz hal ilə baş verirsə bu zaman vətəndaş növbə gözləmədən bu xidmətdən yararlana bilir. Təcili hal baş vermədikdə isə vətəndaş 10 gün ərzində göndəriş əsasında bu xidmətdən yararlana bilir. Hazırda MRT və KT İcbari Tibbi Sığortanın müqaviləli mərkəzlərində icra olunur və 43 müqaviləli tibb mərkəzi ilə əməkdaşlıq edir.
Qurumdan onu da bildirdilər ki, bəzi hallarda vətəndaşlar öz istəyinə görə müayinə olunmaq üçün İcbari Tibbi Sığortaya müraciət edir. Bu doğru deyil. Vətəndaşlar yalnız həkimin göstərişi və müayinəsi əsasında bu xidmətlərdən istifadə edə bilər.
Həkim Zülfüqar Yusifov hesab edir ki, bu cür problemlər dünya sığorta sistemində də baş verir.
"İcbari Tibbi Sığorta xətti ilə müraciətlərdə növbələr hər zaman olur. Bəzən təcili hallarda belə gözləmək lazım gəlir. Vətəndaşlar mümkün qədər xronki problemlərlə bağlı vaxtında və planlı şəkildə müraciət etməlidirlər. Tibbi Sığorta uğurlu sistemdir. Vətəndaşların sağlamlıq təhlükəsinin qarantlarından biridir. Sadəcə bu sistemin lazımı səviyyədə çalışması məsələsi başqa sualdır. Sığorta sistemi operativ çalışmalıdır,qiymətlər uyğun olmalıdır və qiymətlər ödəmələrinin nəticəsində tibb presonalının aldığı məvacib normal olmalıdır. Türkiyədə sığorta sistemi çox yaxşı təşkil olunub və insanlar istənilən tibbi xidmət üzrə rahat şəkildə xidmət ala bilir" Yusifov deyib.
Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilib Hazırda İcbari Tibbi sığorta zərfinə 2 550 xidmət daxildir. Xidmətlər zərfinə 35 ilkin tibbi-sanitariya, 6 təcili və təxirəsalınmaz tibbi,508 ambulator tibbi, 26 fizoterapiya,731 labarotoriya,39 invaziv radioloji,950 cərrahi tibbi, 255 stasionar terapepevtik yardım daxildir. İcbari tibbi sığorta respublikanın 23 şəhər və rayonunda (Quba, Qusar,
Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən,
Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir,
Ağdaş və Yevlax) tətbiq edilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 